• $
  • €
  • ₽
  • ₺
  • £

Aşura günü baş verən 10 ÖNƏMLİ HADİSƏ - FOTOLAR

Aşura günü baş verən 10 ÖNƏMLİ HADİSƏ - FOTOLAR
20.09.2018 22:49
Aşura günü Məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Tanrı dərgahında xüsusi bir yeri var.
"Ölkə.Az” xəbər verir ki, Aşura günü Cənabi Haqq on peyğəmbərinə 10 qabiliyyət verib. Bu günlərdə oruc tutmaq çox fəzilətlidir.
Fəcr Surəsinin ikinci ayəsində deyilir "On gecəyə and olsun”.
Bəzi təfsirçilər isə bu on gecənin Məhərrəm ayında Aşuraya qədər olan gecələr olduğunu bildirir.
Yuxarıda da dediyimiz kimi Aşura günü Allah on peyğəmbərinə 10 qabiliyyət verib:

1.Həzrəti Musa Aşura günündə dənizi yararaq keçmiş, fironun ordusu isə sulara qərq olmuşdu.

2.Nuh Peyğəmbərin gəmisi Cudi dağına çatmışdır.

3.Həzrəti Yunus balığın qarnından Aşura günü xilas olub.

4.Adəmin tövbəsi Aşura günü qəbul edilib.

5.Həzrəti Yusifi qardaşlarının atdığı quyudan Aşura günü çıxarıblar.​

6.İsa peyğəmbər Aşura günü anadan olub və Aşura günü də qeybə çəkilib.

7.Davud peyğəmbərin tövbəsi də bu gün qəbul edilib.

8.İbrahim peyğəmbərin oğlu İsmayıl Aşura günü anadan olub.


9.Yaqub peyğəmbərin Yusifə olan həsrətinə görə tutulan gözləri Aşura günü açılıb.

10.Eyyub peyğəmbər ağır xəstəlikdən müalicə olunub.

Həzrəti Aişənin dediyinə görə əvvəllər Kəbənin örtüyünü Aşura günü dəyişiblər.
Məhərrəm ayı və Aşura günü xristianlar və yəhudilər tərəfindən də müqəddəs sayılırdı. Peyğəmbər Mədinəyə hicrət edəndə oradakı yəhudilərin oruc tutduğunu görüb və  nə orucu olduğunu soruşub.
Yəhudilərin cavabı belə olub:
"Bu gün Allahın Musanı düşmənlərdən xilas etdiyi, fironu boğdurduğu gündür. Musa isə şükür olaraq bu gün oruc tutmuşdu”.
Bundan sonra Məhəmməd Aşura günü oruc tutulmasını əmr edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol