Ərəb turist 2000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb.
BiG.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının vətəndaşı Mohammed Ali Al-Marri və Pakistan İslam Respublikasının vətəndaşı Faesal Şah olduğu məlum olub.
Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
www.anews.az
























