• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gənclər niyə gec evlənir? – VİDEO

Azərbaycanda gənclər niyə gec evlənir? – VİDEO
22.09.2018 09:13
Gec evlilik: Kimisi bunu sosial problem kimi dəyərləndirir, kimisi də psixoloji baxımdan dəyərləndirir.

Anews,az bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində son zamanlar Azərbaycanda gec ailə quranların sayının durmadan artması ilə bağlı maraqlı reportaj yayımlanıb.

"Bu yaş həddi bizim cəmiyyət üçün gec hesab olunur, amma, inkişaf etmiş ölkələrdə bu normal yaş həddidir. İnsanlar xoşbəxt olmağa can atırlar. Bundan da irəli gəlir ki, bir az gec evlənirlər", - deyə psixoloq Vəfa Əkbər fikrini izah edib. 

Ailə quran gənclərin yaş həddi 27-30-a qədər yüksəlib. Ekspertlər evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayında da təsir edəcəyini deyirlər.

"İş elanlarında bakalavr, bəzən magistr təhsili istəyirlər. 26-27 yaşına qədər gəlib çıxır, hələ oğlanlar üçün 1 il də əsgərlik. Oğlanlar peşə sahəsində müvəffəq olsaydılar onlar tez evlənərdilər. Təəssüflər olsun ki, bizdə bu sahə ilə bağlı problemlər var. Hər qadına görə 2 uşaq nəzərdə tutulur, amma evlilik yaşı yuxarı qalxdıqca bu rəqəm də artıq sual altına düşür", - sosioloq Cavid İmamoğlu bildirib. 

Şəhər sakinləri isə gec ailə qurmağı sosial problemlərdə görürlər.
 
Ekspertlər belə hesab edirlər ki, gec evliliyin kökündə daha çox maddi problemlər durur. Əgər sosial problemlər olmazsa, evlilikdə yaş həddi minimuma enə bilər.

"Evlilik yaşı 29-a qalxmamalıdır, iqtisadi vəziyyətdən, işsizlikdən asılı olmamalıdır. Hər bir kəs sevdiyi şəxslə, istənilən yaşda ailə qura biləcək təfəkkürə sahibdir. Ailə planlaşdırılmalıdır", - sosioloq Cavid İmamoğlu qeyd edib. 

Çox zaman valideynlər uşaqlarını evlənməyə məcbur edirlər. Bu isə nəslin davam etməsi istəyidir.

"Sağlam ailə olduqda, xəyanət olmayanda, sağlam təfəkkürlü şəxsiyyət yetişdirdikdə, o ailə üçün vacib deyil ki 4-5 uşağı olsun. Onlar bunu düşünməlidirlər. Bunu düşünən insan varsa gec evlənir. Düşünməyənlər isə tez-tələsik, hətta cəmiyyətin düşüncəsini ön plana çəkib evlənirlər", - psixoloq Vəfa Əkbər fikrini yekunlaşdırıb. 

Əgər həyatınızda yaxşı münasibətdə olduğunuz bir insan varsa və maddi baxımdan özünüzü yaxşı hiss edirsizsə, gecikməyin. Əks halda gələcəkdə problemlər yaşana bilər. Unutmayın ki, evlilik sağlam seçimdir. Hər zaman sağlam seçimlər diləyi ilə.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol