• $
  • €
  • ₽
  • ₺
  • £

“Faktor Azərbaycan” MMC fiziki məhdudiyyətli şəxslərə dəstək layihəsi hazırlayıb

“Faktor Azərbaycan” MMC fiziki məhdudiyyətli şəxslərə dəstək layihəsi hazırlayıb
25.09.2018 10:34
Faktor.az xəbər portalı fəaliyyətində yeni mərhələyə başlayıb.
Anews.az xəbər verir ki, 2016-cı ildə "Faktor Azərbaycan MMC”nin tərkibində fəaliyyətə başlayan Faktor.az qarşısına xəbər missiyası ilə yanaşı, dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə dəstək olmaq üçünə fərqli bir məqsəd də qoyub.
Bu gündən etibarən saytın kollektivinin əsas hissəsi fiziki məhdudiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.
Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.
Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir.  Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.
Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.
Məlumat üçün bildirək ki, "Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol