• $
  • €
  • ₽
  • ₺
  • £

Evsiz ailələrə şad xəbər

Evsiz ailələrə şad xəbər
04.11.2014 20:35
Gələn il üçün dövlət büdcəsindən ipotekaya 50 mln. manatın ayrılması müsbət haldır.ANN.Az-ın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, bunu millət vəkili Vahid Əhmədov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.V.Əhmədov bildirib ki, sosial ipotekaya ayrılan vəsaitin həcmi ildən-ilə artır. “2014-cü ildə sosial ipotekaya dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılıb. 2015-ci ilin dövlət büdcəsindən sosial ipotekaya cari ildəkindən 10 mln. manat artıq, yəni 50 mln. manat vəsait ayrılacaq. Bu çox müsbət haldır. Biz 2006-cı ildə “İpoteka haqqında” qanunun qəbul etmişik. Qanunun qəbul edildiyi 8 ildə ipotekaya cəmi 266 mln. manat vəsait ayrılıb. Bu olduqca azdır. İnsanların böyük bir qismi hələ də mənzillə təmin olunmayıb. Buna görə də mənzil probleminin ciddi şəkildə həll olunması üçün mənzil proqramı hazırlanmalı və qəbul olunmalıdır”-, deyə V.Əhmədov vurğulayıb.Millət vəkili Əli Məsimli də sosial ipotekaya ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirib. Bununla belə, Ə.Məsimli də əhalinin mənzil probleminin həlli üçün yeni proqrama ehtiyacın olduğunu söyləyib: “Gələn il sosial ipotekaya ayrılan vəsaitin həcmi artırılıb. Güman edirəm ki, bu 1000-1200 ailənin mənzillə təmin olunması deməkdir. Ümumilikdə mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan insanların sayı 2 milyondan artıqdır. Məhz buna görə də hesab edirəm ki, ya ipoteka şərtləri yumşaldılmalı, ya da yeni layihə həyata keçirilməlidir. Bu layihə reallaşsa, sosial sahədə çox ciddi addım olacaq”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol