• $
  • €
  • ₽
  • ₺
  • £

Oteldə öldürülən 21 yaşlı Ayselin atası danışdı

Oteldə öldürülən 21 yaşlı Ayselin atası danışdı
25.09.2018 14:24
"Ayselin ölümü ilə bağlı heç kim mənə düz məlumat vermir”.

Anews.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Oskar” otelində qətlə yetirilən 21 yaşlı Aysel Orucovanın atası A.O deyib.

Onun sözlərinə görə, qızı ailəlidir: "Ayselin anası Ülviyyə ilə 10 il əvvəl ayrılmışam. Onunla ailə qurandan sonra aramızda problem yarandı. İki uşağımız olmuşdu - bir oğlan, bir qız. Baxdıq ki, bir yerdə yaşaya bilməyəcəyik, ayrıldıq. Mən ikinci dəfə ailə qurdum, yenidən 3 övladım dünyaya gəldi. Ülviyyə də uşaqlarını götürüb, Bakıya getdi. Bakıda kirayə qalırdılar.

İki il əvvəl Aysel ailə qurdu. Bir uşağı var. Həyat yoldaşı Laçın rayonundandır. Ülviyyə qəfildən zəng elədi ki, Aysel günorta saatlarında yol keçəndə maşın vurub, gətiririk. Hadisənin necə baş verdiyini bilmirəm, heç kim mənə düz məlumat vermir. Ayselin meyitini Bakıdan iki maşın gətirib. Maşının birində meyit və əri, o birisində isə Ülviyyə…

Gətirib, düşürdük mənim həyətimə. Ayselin meyitini Ülviyyə ilə ana nənəsi yuyub, içəri başqa adam buraxmayıblar. Sonra da dəfn elədik”.

Qeyd edək ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.

35 yaşlı Nəriman Əliyev istintaqa ilkin ifadəsində Ayselə 11 bıçaq zərbəsi vurduğunu etiraf edib:
"Biz üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olmuşduq. Ondan sonra tez-tez görüşürdük. Ayseli yalan danışdığı üçün öldürdüm. Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sonra yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım".
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol