• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəb müəllimini qaçıraraq zorladılar

Azərbaycanda məktəb müəllimini qaçıraraq zorladılar
25.09.2018 16:06
Məktəb müəlliməsini qaçıraraq qorlamaqda təqsirli bilinən 4 ağsu rayon sakini cəzalarının azaldılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

Məhkum olunanlardan 3-ü cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllim ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliminin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib. 
Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla avtomobilə mindirərək qaçıran Nüydü kənd sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğludur.

Qeyd edək ki, məlum hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında baş verib. Müəllim dərsə gələrkən kəndin ortasında qəfil avtomobil dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər.

Məlum olub ki, müəllim evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəllimə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəllimi qaçırıb. Oğlanlar gənc müəllimi əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

mənbə: olke.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol