• $
  • €
  • ₽
  • ₺
  • £

Hamilə qadını öldürən həkimlə bağlı – Qərar

Hamilə qadını öldürən həkimlə bağlı – Qərar
26.09.2018 13:28
Hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat mama-ginekologiya institutunda həkim anestezioloq-reanimatoloq işləmiş Cavanşir Aslanovun cinayət işinə baxılıb.

Axar.az xəbər verir ki, Cavanşir Aslanov müqavilə ilə "Astoriya” tibbi mərkəzində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib.

O, 19 mart 2015-ci il tarixdə, saat 21 radələrində "Astoriya” tibbi mərkəzinə doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadını uşaq dünyaya gətirməsini həyata keçirib.

Nəticəsində qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də qadın hamilə vəziyyəti ağırlaşaraq onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadların baş verib.

Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sistemi mənfəzində təxminən 2 litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub.

Nəticədə qadın martın 20-də, saat 11.45-də ölüb.

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.

İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Cavanşir Aslanov apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, cinayət törətməsində təqsirli bilinməsinə dair kifayət qədər mötəbər sübut yoxdur.

Bu baxımdan əməldə cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cavanşir Aslanovun apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Cavanşir Aslanov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Bu günlərdə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Cavanşir Aslanovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda Cavanşir Aslanovun kasasiya şikayətini təmin etməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol