• $
  • €
  • ₽
  • ₺
  • £

Psixoloq: Seksual xarakterli mesajları impotentlər yazır

Psixoloq: Seksual xarakterli mesajları impotentlər yazır
26.09.2018 17:18
Ötən gün sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirəyə səbəb olub. Cəmiyyətdə şirkət rəhbərinin bu davranışı birmənalı qarşılanmayıb. 

Son zamanlar yaşlı kişilərin bu cür hərəkət etməsi barədə xəbərlər yayılır. Bu cür davranışlar nədən qaynaqlanır. Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini soruşduq.

Anews.az xəbər verir ki, psixoloq Vəfa Rəşidova oxu.az-a açıqlamasında bildirib ki, hər bir insan seksual xarakterli hərəkətlər etməyə meyilli olur:

"İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o, cəmiyyətdəki statusunu qorumaq üçün müəyyən bir formada özünü korreksiya edir. Təəssüf ki, hər adam bu cür addım ata bilmir. Seksual xarakterli hərəkət edən insan travmalı olur.

Orta yaşlı şəxsin bu addımı atması onun psixoloji problemlərinin olmasından xəbər verir. Çünki o, yeniyetmə oğlan kimi davranır. Bu, onun emosional yaşının aşağı olmasından xəbər verir. Yəni 40-65 yaş arası adam bunu edirsə, 13-14 yaşlı yeniyetmə davranışı sərgiləyir. Əxlaqsızlıqdan əvvəl, psixoloji problemləri var və kifayət qədər sevgi görmür”.

Psixoloq bildirib ki, bu cür davranan adamın güvənsizlik problemi də var: "Bütün psixoloji problemlərin kökündə güvənsizlik dayanır. Belə insanların düşüncəsində qadın zəif obrazdır. Öz aləmində, özünü qəhrəman kimi hiss etməyə çalışır. Bu yaşda bu cür hərəkət edən insanlar cinsi zəiflik yaşayırlar. Onlar monitor arxasında bir qadına qarşı bu cür hərəkət edən zaman özünü tamamlanmış hiss edir. Biz onunla söhbət etsək, o anlayacaq ki, ciddi problemləri var”.

Vəfa Rəşidova qeyd edib ki, xanımlar iş üçün müraciət edən zaman şirkətləri araşdırmalıdır: "Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Diqqətli olmaq lazımdır. Ciddi bir şirkət rəhbəri işçisi ilə yazışmaz. İşə qəbul olmaq istəyən xanımın mesajla özü haqda məlumat verməsi, yazışması yanlışdır. Çünki o zaman burada ciddilikdən söhbət gedə bilməz”.







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol