• $
  • €
  • ₽
  • ₺
  • £

Sevil Nuriyeva həyat yoldaşı haqda: Sənə söz verirəm...

Sevil Nuriyeva həyat yoldaşı haqda: Sənə söz verirəm...
26.09.2018 16:00
Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə divana çıxacağıq. Mənim Etimadım mərd doğulub və mərd olaraq bu aləmi tərk edib. Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur.

Kult.az xəbər verir ki, bu sözləri Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva qeyd edib. O, bu çətin günlərində yanında olan hər kəsə təşəkkür edərək, qatili Türkiyə qanunlarına həvalə edib:

"Artıq 7-ci gündür ki, o, bu aləmi tərk edib. Mən və dostları, iş yoldaşları, qohumları ondan razı idik. Etimad ağzı oruclu, dəstəmazlı və ən son gün zəkat verərək dünyadan köçüb. Allah səndən razı olsun, canımın içi. Sən İlyası, məni necə görmək istəyirdinsə, sənə sözümdür, hamısı olacaq. Bu gün dostlarımdan mülk və yasin sürəsini oxumalarını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əskik etməyən, başsağlığı verən, çiynimə çiynini dayayan dostlarıma təşəkkür edirəm. Allah sizləri qorusun və dərd verməsin. Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allahım üçün, məfkurəm üçün, davam üçün, Etimadım, İlyasım, dostlarım üçün yaxşı olmağa, mərd və mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç dinməyəcək. Cənnətdə qovuşanadək dua edəcəm, Etimad. Səninlə hər zaman fəxr etdim. Səninlə birlikdə keçirilən hər an bir ömür qədər əzizdir, qiymətlidir, əzizim. Arxandan qoyduğun mərd adın üçün çox sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq. Sənə alçaqca, qorxaqca, şərəfsizcə hücum edən namərd hər iki dünyada bimar olacaq. Türkiyə dövlətinin ədaləti hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm”.

Qeyd edək ki, iş adamı Etimad İsmayılov sentyabrın 19-da Türkiyədə Floryadakı ofisində başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onun ölümündən sabiq polis rəisi Gözəl Dəmirov təqsirləndirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol