• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda əsgərlik keçən “qara kəmər”li general

İrəvanda əsgərlik keçən “qara kəmər”li general
27.09.2018 09:56
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev 60 illik yubileyini qeyd edir.

Axar.az xəbər verir ki, yubileyi ərəfəsində İlham Əliyev M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Quliyev Mədət Qəzənfər oğlu 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olub. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion adını alıb, Lvovda, Alma-Atıda qələbələr qazanıb. 160-dan artıq fəxri fərman və mükafatla təltif olunub.

Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.

1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılıb, bir müddət Ermənistanda, sonra isə Gürcüstanda həqiqi hərbi xidmət keçib.

1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.

1992-ci ildən başlayaraq, DİN-in bir sıra şöbə və idarələrində rəsi olub. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olub.

Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilib. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir.

2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 2011-2015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifələrində çalışıb.

Prezidentin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi, 20 noyabr 2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi, 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi, 26 sentyabr 2018-ci ildə general-polkovnik ali hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.

Ailəlidir. İki övladı var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol