• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının məhkəməyə verdiyi həyətdən - VİDEO

İcra başçısının məhkəməyə verdiyi həyətdən - VİDEO
27.09.2018 15:46
Bakıda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun bağlanmasını tələb etdiyi it sığınacağı hələ ki, fəaliyyətini davam etdirir. Hazırda burada 300-ə qədər it müalicə olunur və həyatda qalmaları üçün onlara yardım edilir.

Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Eldar Mansurova məxsus həyətdə salınmış Mərdəkandakı sığınacaqda olublar. Hazırda sığınacağın sahibi onun oğlu Fərid Mansurovdur. O deyir ki, 2016-cı ildə yaradılan bu yerdə vəzifəli və tanınmış şəxslərin itləri də var.

Burada daha çox qayğıya ehtiyacı olan itlər saxlanılır. İtlər nə qədər "insanın dostu” adlandırılsa da, buraya insanlar tərəfindən düşmən münasibəti görən itlər sığınıb. Belə ki, adına "kira” deyilən iti Balaxanı qəsəbəsində üzərinə qaynar qır tökərək bir ayağından məhrum ediblər. Elə adını da onu ölümə aparan "qır” sözünün rus dilindəki qarşılığından alıb.

Sığınacaq sahibi bildirir ki, iki alman "ovçarka”sı da insanların şiddətinin qurbanı olub. Onlardan biri sahibinə sadəcə hürdüyü üçün güllələnib, digərinin isə qabaq əlləri Binə qəsəbəsində insanlar tərəfindən tapdalanıb və qırıq-qırıq ediblər.

Küçədə yaşayan, ac qalan, xəstəlik tutan digər onlarla it də sığınacaqda həyata qayıdıb. Bu həyətin ən nəhəng iti ağ alabaydır. O isə insanların pul və kef hərisinin qulu olub. Uzun müddət alabayı başqa itlərlə döyüşdürüb pul qazanan sahibi ölüm anında onu qan içində bu sığınacağa təhvil verib. 20 günlük müalicədən sonra artıq alabay normal həyata qayıdıb.

İcra başçısı Gülağa İslamov isə bu sığınacağın yerləşdiyi bağ evinin sahibi Eldar Mansurovu məhkəməyə verib. Başçı məhkəmədən tələb edib ki, bu şəxslərə it saxlamaq hüququ qadağan edilsin. Lakin İslamov itlərin sonrakı taleyi ilə bağlı hər hansı təklif verməyib.

Qeyd edək ki, bundan öncə Baytarlıq Xidməti sığınacaq sahibini 400 manat, Xəzər Rayon Polis İdarəsi isə 200 manat cərimə edib. Lakin məhkəmə hər iki cəriməni qanunsuz olduğu üçün ləğv edib.

Hazırda G.İslamovun iddiasi üzrə məhkəmə prosesi davam edir. İlkin baxış iclası Xəzər Rayon Məhkəməsində sentyabrın 28-də keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol