• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı

Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı
01.10.2018 10:18
Ərinin pullarını oğurlayıb sevgilisinə bahalı avtomobil alan qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Anews.az "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkumluq həyatı yaşayan Abdinova Səbinə Əliqulu qızının məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Xatırladaq ki, 2015-ci ilin 11 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovun həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub.

Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ilə 25 min manata "Range Rover” markalı avtomobil də alıb.

Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol