• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirddən pul yığan müəllimləri hansı cəza gözləyə bilər?

Şagirddən pul yığan müəllimləri hansı cəza gözləyə bilər?
02.10.2018 17:00
"Müəllim iş yerində inzibati xəta sayılan hala yol verdikdə cinayət işi açılıb protokol tərtib olunur. Kiçik şikayətlə bağlı isə müəllimi işdən kənarlaşdırmaq olmaz. Bu, qanunda nəzərdə tutulmayıb”.

BiG.AZ xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında hüququşünas Anar Ramazanov məktəblərdə pul yığılması faktı haqda danışarkən deyib. O, Müəllimlər gününün yaxınlaşmasını nəzərə alaraq bildirib ki, əlamətdar günlər münasibətilə pul yığılması qanundan kənardır. Bu məsələ uzaqbaşı korrupsiya haqqında qanunla tənzimlənə bilər:

"Bu qanun isə 2005-ci ildə qəbul olunmasına baxmayaraq, indiyədək xeyli mexanizmləri təsdiq olunmayıb. Burada şərti maliyyə vahidi qəbul olunub. Yəni, vəzifəli şəxsə 55 manat civarında hədiyyə verilsə, götürə bilər. Amma bu məbləğdən baha hədiyyə qəbul edə bilməz”.

"Bəs övladının oxuduğu sinifdə bu kimi neqativ halla qarşılaşan valideyn hansı hüquqi addımı atmalıdır?”

Hüquqşünas cavab olaraq qeyd edib ki, sinifdə pul yığılmasından narazı valideyn ilk növbədə məktəbin direktoruna müraciət etməlidir:

"O, operativ müdaxilə etmək səlahiyyətinə malikdir. Məsələni yerindəcə araşdırıb neqativ halı aradan qaldıra bilər. Direktora müraciət edib nəticə almadıqda isə, Qanunların İcrasına Nəzarət üzrə Prokurorluğa müraciət etməlidir.

Bu, müəllimin nə tələb etməsindən də asılıdır. O, valideynə pul gətirməsi üçün hədə-qorxu gəlirsə, hansısa cinayətkarlıq xarakterli əməldən şikayət edilə bilər. Amma müəllim neqativ hallara yol verməyib dolayısı ilə söz çatdırarsa, direktor və təhsil şöbəsinə müraciət etmək daha məqsədəuyğundur. Direktor problemi aradan qaldıracaq.

Müəllim bunu direktorun tələb etdiyini desə, rayon prokurorluğuna müraciət etmək ən doğru seçim olardı. Prokurorluğun səlahiyyəti yalnız cinayət işi başlatmaqdan ibarət deyil. O, xəbərdarlıq edə, məsələni araşdıra, icrası məcburi olan göstəriş verə və ya məsələni daha yuxarı aidiyyatı orqanlara göndərə bilər. Neqativ hal barədə Təhsil Nazirliyinə də məlumat verilə bilər”.

Müəllimin işdən kənarlaşdırılması məsələsinə gəlincə isə hüquqşünas bildirib ki, bu, Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Amma işdən çıxarmaq anlamına gəlmir. Bu zaman həmin şəxs işdən müvəqqəti uzaqlaşdırılır, sonradan isə işinə baxılır. Bundan sonra isə o, ya işdən uzaqlaşdırılır, ya da bərpa olunur:

"Müəllim iş yerində inzibati xəta sayılan hala yol verdikdə cinayət işi açılıb, protokol tərtib olunur. Kiçik şikayətlə bağlı isə müəllimi işdən kənarlaşdırmaq olmaz. Bu, qanunda nəzərdə tutulmayıb. Belə bir əsas da yoxdur. Belə hal olsa məktəbdə bir dənə də müəllim qalmaz”.

Anar Ramazanov qeyd edib ki, bütün bunlar yalnız fakt təsdiqini tapdığı halda mümkündür:

"Yuxarı instansiyaya müraciət etdikdə məsələ araşdırılır. Ola bilər ki, valideyn müəllimlə olan telefon yazışmasını əsas gətirsin. Müəllimin "Whatsap” vasitəsilə yolladığı səs bunun üçün əsas ola bilər. Bu gün valideyn komitələri əsasən "whatsapp” qruplarında fəaliyyət göstərirlər.

Konkret belə fakt varsa, tədbir görülür. Bəzən müəllimin istəyi, tamahı olsa da, heç bir cinayət və ya rüşvət faktı, inzibati xəta olmur. Bu halda müəllimə intizam tənbeh verilə bilər. Bu, töhmət, şiddətli töhmət, əməkhaqqından tutulma və s.-dən ibarət ola bilər”.

Bu halda müəllimi 99% ehtimalla cəzalandırırlar...

"Mənim təcrübəmdə də müəllimdən şikayət olub. Xüsusilə də prokurorluğa şikayət gedəndə müəllimi 99% ehtimalla cəzalandıracaqlar. Onun bu işdə təqsiri olmaya bilər, amma mütləq nəyəsə aidiyyəti olur. Müəllim boşluq edir ki, belə söz-söhbət yaranır. Bu, müəllimin reputasiyasına da təsir edir. Gələcəkdə mükafatlandırılanda, başqa məktəbə təyin ediləndə də bunlar nəzərə alınır”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol