• $
  • €
  • ₽
  • ₺
  • £

Restoranlarda şəxsi zoopark yaradıblar - VİDEO

Restoranlarda şəxsi zoopark yaradıblar - VİDEO
03.10.2018 11:31
Gəlirlərini heyvanlara işgəncə vermək bahasına artıranlar var.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, əyləncə mərkəzləri, restoranlar müştəri cəlb etmək üçün bəzən ərazilərində qəfəsə salınmış vəhşi heyvanlar saxlayırlar.

Bir tərəfdən başa düşmək olar ki, obyekt sahibi bununla gəlirini artırmaq istəyir.

Digər tərəfdən axı o heyvanların günahı nədir ki, onlara belə işgəncə verilir.

Çünki, hər kəs bu cür obyektlərdə saxlanılan heyvanların şəraitini özü öz gözüylə görüb. Əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı dəfələrlə reyd keçirib, bu kimi hallara yol verən obyekt sahibləri cərimələnsələr də görünən budur ki, dəyişən bir şey yoxdu.

Tülkü, qartal, uzunqulaq, kenquru, müxtəlif növ toyuq, dovşan, daha bir neçə heyvan və quş növləri. Bu mərkəzdə ev heyvanları ilə yanaşı, vəhşi heyvanlar da saxlanılır.

Mərkəzin nümayəndəsi deyir ki, heyvanların yarısı xaricdən gətirilib, yarısı isə ölkədən alınıb.

Amma istənilən halda mərkəz heyvanların saxlamaq hüquqları ilə bağlı sənədi nə təqdim edə bildi, nə də buna maraq göstərdi.

Yalnız baytarlıq idarəsinin şəhadətnaməsi ortaya çıxdı. Çəkilişə istəyimiz isə adminstratorun marağına uyğun gəlmədi və çəkiliş qrupuna hədə-qorxu gəldi.

Hacıqabulda yerləşən məşhur restoranların birində də meymundan tutmuş dəvəyə qədər bir çox heyvan qəfəslərdə saxlanılır.

Heyvanların saxlanılma qaydasından danışan restoranın admnistratoru da sənədlə bağlı sualımızı cavabsız qoydu və dili topuq vurdu.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyir ki, bu cür hallarla bağlı mütəmadi olaraq reyd keçirilir.

Xaricdən gətirilən və sertifikatı olan heyvanlara müdaxilə olunmur. Ancaq Azərbaycan faunasına daxil olan heyvanlar obyektlərdən alınır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məsələyə belə aydınlıq gətirib:

"Azərbaycanın faunasına daxil olan heyvan növüdürsə, təbii ki, dərhal alınır. Bizim Altıağac Milli Parkı nəzdində reabilitasiya mərkəzimiz var. O orada saxlanılır, müəyyən qədər uyğunlaşma prosesi keçir. Sonradan isə heyvan təbiətə, azadlığa buraxılır”.

Cərimələrə gəlincə, obyekt sahibləri isə heyvanın qiymət dəyərində cərimə olunurlar. Əgər həmin canlının qiyməti 1000 manatdan yuxarıdırsa, faktla bağlı cinayət işi açılır. Ekspertlər deyirlər ki, bu cür halların qarşısının alınması üçün reyd keçirilməsi kifayət deyil. İctimai qınaq da olmalıdır ki vətəndaşlar həmin obyektlərə getməsinlər.

Belə hallarla rastlaşan vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt”inə zəng vuraraq məlumat verə bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol