• $
  • €
  • ₽
  • ₺
  • £

Qaçan dustaqların işi: Fədayə Laçın xidməti otağımda "Qoca" ilə görüşüb

Qaçan dustaqların işi: Fədayə Laçın xidməti otağımda "Qoca" ilə görüşüb
03.10.2018 16:26
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qatarda bələdçi işləyən İsmayıl Hüseynov şahid qismində ifadə verib.

Şahid altı ildir qatarda bələdçi işlədiyini deyib. 

O deyib ki, hadisə günü "Qoca” ləqəbli Etibar Məmədov, Əli Ağami və Fədayə Laçın onun şəxsi kabinetində olublar: 

"Mən Fədayə Laçını iki dəfə qatarda görmüşəm. Məni otağımda yatmağa qoymadılar, çünki həmin müddətdə orada mübahisə düşmüşdü. Gedib əsgərlərin otağında yatmışdım. 10 saat yatdım, sonra xidməti otağıma gələndə gördüm ki, pəncərə açıqdır. Həmin vaxt artıq dustaqlar qaçmışdı. Bu barədə dərhal qarovul rəisinə məlumat verdim”.

Şahidin ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyinə görə elan edilib. 

İfadədə göstərilib ki, təqsirləndirilən şəxslərlə yaxınları arasında qatarda görüş təşkil olunub. 

"Görüşlər mənim xidməti otağımda keçirilirdi. Fədayə Laçın da mənim xidməti otağımda "Qoca” ləqəbli Etibarla görüşüb. Həmin vaxt Əli Ağami də onlarla birlikdə idi. Eyni zamanda, Etibarla Əli Ağamiyə yaxşı şərait yaradılmışdı”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol