• $
  • €
  • ₽
  • ₺
  • £

Bu uşaq hamını təəccübləndirir - 10 yaşlı “canlı naviqator”

Bu uşaq hamını təəccübləndirir - 10 yaşlı “canlı naviqator”
04.10.2018 22:17
İstər yerli, istərsə də xarici mətbuatda azyaşlıların müxtəlif bacarıqları ilə bağlı yayımlanan videolar insanlarda xüsusi heyranlıq doğurur. Kimisi çətin riyazi əməlləri şifahi edir, kimisi müxtəlif dillərdə səlis danışır, kimisi isə çoğrafi bilikləri ilə hamını heyrətə salır.

"Qafqazinfo”nun budəfəki qonağı 10 yaşlı İlham İskəndərovu görənlər onu canlı naviqator adlandırır. Belə ki, o, Bakı və Bakıətrafı fəaliyyət göstərən bütün marşrut xətlərini əzbər bilir. Evi şəhərin mərkəzində olsa da, bəlkə də heç vaxt getmədiyi paytaxt kəndlərinə işləyən marşrut yollarını da ondan yaxşı bilən olmaz.  

Babası Məmmədağa Yusubovun sözlərinə görə, bu maraq İlhamda 3 yaşından yaranıb:

"Heç 4 yaşı olmazdı. Dayanacaqda avtobus gözləyirdik. Bir sərnişin bizdən Zabrata necə gedə biləcəyini soruşdu. Biz bilmədik. Bu arada nəvəm dedi ki, filan dayanacaqdan 172-yə minib gedə bilər. Hamımız bir-birimizə baxdıq”.

Elə İlhamın özü də bu bacarığının yaranmasında səbəbkar kimi babasını görür:

"Yay tətilində babamla şəhəri gəzməyi çox sevirdim. Demək olar ki, məni hər yerə aparırdı. Gəzməyi sevdiyim üçün də istədim marşrutları yaxşı bilim. Bir müddət sonra harda avtobus görürdümsə, getdiyi xətləri əzbərləməyə çalışırdım”.

Dərslərində uğurlu olan İlham seçəcəyi peşə ilə bağlı bir qədər qərarsızdır. Diplomat və ya həkim-pediatr ola biləcəyini deyir. Coğrafiya və biologiyaya, xüsusilə də insan DNT-sinə marağı böyükdür. Boş vaxtlarında isə şahmatla məşğul olur, bu sahədə dərəcəsi də var”.

Son olaraq onu da qeyd edək ki, 10 yaşlı İlham Bakı Nəqliyyat Agentliyinə yol infrastrukturu ilə bağlı öz təkliflərini də verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol