• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-nin işində nöqsanlar aşkarlandı

İTV-nin işində nöqsanlar aşkarlandı
06.10.2018 13:29
Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2017-ci il və 2018-ci ilin I yarımilində ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

BAKU.WS-in Palataya istinadən verdiyi xəbərə görə, audit tədbiri İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17 229,0 min manat vəsaiti əhatə edib.

Auditlə işçilərə artıq ezamiyyə xərcinin, elmi dərəcələrə görə artıq əlavə əmək haqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əmək haqqının ödənilməsi halları müəyyən edilib.

Həmçinin, işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməli olduğu halda, İctimai Yayımçının vəsaiti hesabına ödənilib.

Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış müqavilə şərtlərinə əməl edilməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verilib.

İctimai Yayım xidmətinin digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmayıb.

Maliyyə hesabatları "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib.

Müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib. 

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol