• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı bağçalarda ciddi nöqsanlar AŞKARLADI

Bakıdakı bağçalarda ciddi nöqsanlar AŞKARLADI
06.10.2018 15:00
Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən 1 aprel 2016-cı il tarixdən 1 aprel 2018-ci il tarixədək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Hesablama Palatasından Unikal.org-a verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 345 məktəbəqədər təhsil müəssisəsi olub, 6 təhsil müəssisənin tədris binası qəzalı vəziyyətdə olması səbəbindən fəaliyyəti dayandırılıb.

Auditlə əhatə olunan dövrdə Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb, lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1%-nə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə 168 891 052,2 manat məbləğində vəsait xərc edilib.

Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əmək haqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib

Malların satınalınması zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarıın dəyərinin balansa götürülməməsi hallarına yol verilib.

Məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə bəzi hallarda uyğun olmayıb.

Hesablama Palatasının kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, qərarda müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən, ərzaq məhsullarının alınması və silinməsi, həmçinin uşaqların yaş həddinə uyğun qidalanmasının təşkili prosesində təsdiq edilmiş normalara əməl edilməsi, həmçinin vəsaitlərin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tapşırıqlar verilib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat təqdim edilməsi məqsədilə qərarın surəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol