• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda unikal göz əməliyyatı həyata keçirilib

Azərbaycanda unikal göz əməliyyatı həyata keçirilib
08.10.2018 17:50
İnkişaf etmiş ölkələrdə həyata keçirilən limbal kök hüceyrə köçürmə əməliyyatı ölkəmizdə də reallaşıb.

AzVision.az xəbər verir ki, limbal kök hüceyrə köçürmə əməliyyatı gözün buynuz qişasında aparılan unikal bir göz əməliyyatıdır. 10 ildir buynuz qişanın xorası səbəbilə müalicə almasına baxmayaraq gözündə şiddətli ağrıları davam edən xəstəyə Avrasiya Hospitalda oftalmoloqlar Dr. Şahin Novruzlu və Dr.Rəhimə Poluxova tərəfindən limbal kök hüceyrə köçürülməsi əməliyyatı həyata keçirilib.

Rəhimə Poluxova bildirib ki, əməliyyat aparılan vətəndaşımız 10 il əvvəl bir əməliyyat keçirib və onu əməliyyatdan sonra şiddətli ağrılar narahat edirdi: "Müayinə etdik ilk öncə müalicə təyin etdik, müalicənin gedişatı əsasında Şahin Novruzlu ilə birlikdə əməliyyatı təyin edək”. 

Şahin Novruzlu isə bildirib ki, 10 ildir şikayəki davam edən xəstə, onlarla dərman istifadə etməsinə baxmayaraq xəstənin şikayətləri hələdə davam etməkdə idi: "Müayinə nəticəsində buynuz qişada damarlanmaların, böyük xoranın olduğunu aşkarladıq. Bu damarlanmalara səbəb buynuz qışanın kök hüceyrə yetməzliyi səbəb olduğunu düşündük. Xəstəyə kök hüceyrə köçürülməsi əməliyyatına qərar verdik. Xəstənin gözündəki kök hücerə yetməzliyi sahəsinin böyük olduğunu nəzərə alıb digər gözündən konyunktival qreftlə birlikdəlimbal kök hüceyrə köçürtdük. Xəstənin əməliyyatdan sonra şikayətləri tamamilə keçdi, qizarıqlıq yanma batma şikayətləri aradan qalxdı və xəstə kofortlu həyat tərzinə davam etməyə başladı”.

Beləliklə, Azərbaycan səhiyyəsi yeni bir uğura imza atıb. Kök hüceyrə köçürmə əməliyyatı artıq ölkəmizdə də reallaşmaqdadır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol