• $
  • €
  • ₽
  • ₺
  • £

Misir Mərdanov: "Nazir olmaq istəmirdim, amma...

Misir Mərdanov: "Nazir olmaq istəmirdim, amma...
08.10.2018 17:42


"Keçmiş fəliyyətimlə bağlı ciddi mənfi fikirdə olanlar barmaqla sayılacaq qədərdir"


Qaynarinfo xəbər verir ki, bunu teleqraf.com-a müsahibəsində Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.


"Azərbaycanın təhsil tarixində ilk şəxsəm ki, rektor vəzifəsinə prezidentin sərəncamı ilə təyin olunmuşam. Mənə qədər rektoru ölkə rəhbərliyinin razılığı ilə nazir təyin edirdi. Maraqlıdır ki, mən rektor vəzifəsinə təyin olunduqdan 2 gün sonra Heydər ƏliyevGürcüstanın o vaxtki prezidenti Eduard Şevardnadze ilə birlikdə universitetə gəldi.


1998-ci ilin mart ayının 25-nə qədər universitetin rektoru vəzifəsində işlədim. O vaxt nazir vəzifəsi boş idi və cəmiyyətdə bununla bağlı mən də daxil olmaqla bir neçə nəfərin adı hallanırdı. Ancaq sözün düzü, mən özümün nazir olacağımı gözləmirdim və tutduğum vəzifədən çox razı idim, universitetin kollektivi mənə çox doğma idi. 1964-cü ildən 1998-ci ilə kimi bütün həyatım BDU-da keçmişdi. Elə oldu ki, məni prezident Heydər Əliyevin qəbuluna dəvət etdilər, geniş və ətraflı söhbətlər, tapşırıqlardan sonra o, məni təhsil naziri vəzifəsinə təyin etdi. Nazir olmaq istəmirdim, amma Heydər Əliyevə "yox” deyə bilmədim. Yox, deyə bilməzdim axı. Əgər dövlətin başçısı, ali baş komandan tapşırıq verirsə, mən də bir əsgər kimi "yox” deyə bilməzdim. Dedi, belə bir fikrim var, təşəkkür edib söylədim ki, çalışaram etimadınızı doğruldum.


Heydər Əliyev ölkədə baş verən bütün məsələləri bilirdi. Çox şeylərdən danışdı, sovet təhsil sistemindən, xaricdə təhsildən, o vaxt ölkədə çoxlu özəl təhsil müəssisələri var idi, onlar barədə müzakirələr apardıq. Dedi, təəssüf ki, mənim yaratdığım qurum etimadımı doğrultmadı və səviyyəsiz ali məktəblər baş alıb gedir. Söylədi ki, əsas tapşırığım bu məsələni qaydaya salmaqla bağlıdır, müvafiq sərəncamla bu məsələni Təhsil Nazirliyinə həvalə etdi. İslahat komissiyası yaradıldı və mən sədr təyin olundum.


Heydər Əliyev dedi ki, mən 1969-1982-ci illərdə xaricdə təhsillə bağlı çox işlər görmüşəm, məni o tələbələrlə görüşdürə bilərsən? Dedim, əlbəttə, görüşdürərəm. Sonra Azərbaycan müəllimlərinin qurultayını keçirməyin vacibliyini bildirdi. Bir sözlə, çox mətləblərə toxunduq, görüşdən çıxandan sonra BDU-nun kollektivi ilə vidalaşmağa gəldim, ağlaşma görüşü oldu (gülür). Kollektiv də, mən də çox kövrəldik. Daha sonra nazirliyə keçdim.


Onu da deyim ki, daha əvvəl 3 il nazirlikdə işləməyimin mənə çox köməyi dəydi. Bəzi adamlar var ki, vəzifənin nə olduğunu başa düşmürlər. Vəzifəyə hazır olmaq, müəyyən pillələri keçmək, insanlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Məsələn, kafedra müdirinə yüksək vəzifə versən, bacara bilməz. Hesab edirəm ki, vəzifəyə pillə-pillə yüksəlmək lazımdır. Sovet dövründə müəyyən pillələri keçməyən adama yüksək vəzifə verməzdilər. Gərək sən insanları, insanlar səni tanısın, beləliklə, münasibət qurulsun. Vəzifə o demək deyil ki, oturub komanda verəsən.


Ona görə də mənim 12 il böyük bir fakültənin dekan müavini, 3 il Təhsil Nazirliyində şöbə müdiri, nazir müavini olmağım sonradan nazir işləməyimə çox kömək oldu. Nazir təyin olunandan bir ay sonra Heydər Əliyev dediyi bütün sərəncamları verdi və biz də onun sərəncamlarına uyğun fəaliyyət göstərməyə başladıq".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol