• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni qəbul qaydaları nəyi dəyişəcək?

Yeni qəbul qaydaları nəyi dəyişəcək?
10.10.2018 17:29
İmtahan qaydalarının tez-tez dəyişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki bu kimi dəyişikliklər abituriyentlərdə müəyyən çaşqınlıq və narahatlıq yaradır.

Bunu Oxu.Az-a təhsil eksperti Nadir İsrafilov Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detallarını şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, qaydaların dəyişdirilməsi təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl yaradır və inkişafını ləngidir:

"Bununla belə, bu dəyişiklik labüd idi. Hər şeydən əvvəl ona görə ki, 2008-2009-cu tədris ilindən başlayaraq ölkədə orta ümumtəhsil məktəblərində kurikulum standartlarına uyğun həyata keçirilən təhsil prosesi və buna müvafiq qurulan sistem şagirdlərin yalnız bilik səviyyəsini müəyyən etməyə imkan verirdi.

Digər bacarıqları yoxlamaq isə testin imkanı xaricində idi. Bu isə səriştəyə əsaslanan təhsil ideyasının həyata keçirilməsinə və əmək bazarına səriştəyə malik kadrların çıxarılmasına əngəl yaradırdı”.  

Ekspert qeyd edib ki, yeniliyə əsasən, məktəb buraxılış imtahanının nəticələri də universitetə qəbul üçün əsas götürüləcək:

"Abituriyentlər mümkün 700 baldan 300-nü məhz buraxılış imtahanında yığacaqlar. Digər 400 balı isə qəbul imtahanında verəcəkləri üç fənn üzrə toplayacaqlar. Bu da ali məktəblərə qəbula birtərəfli yanaşmaya son qoymaqla yanaşı, həm də bu prosesdə orta ümumtəhsil məktəbinin  rolunun və nüfuzunun artırılması, bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətlərin aradan qaldırılması deməkdir.

Təqdim olunan fənlər üzrə yalnız qapalı testlər deyil, yeni növ tapşırıqların da əksini tapacağı halda, təkcə məntiqi təfəkkür yox, həm də yazı vərdişlərinin inkişafı və digər bacarıqların qiymətləndirilməsi mümkün olacaq. Belə bir modeli tətbiq etmək və daha da təkmilləşdirməklə yaxın gələcəkdə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik”.

Təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, yeni qaydalar çox qarışıq və mürəkkəbdir:

"Universitetə qəbul şərtləri sadələşməlidir. Rusiya, Türkiyə təcrübələrinə əsaslanmalıdırlar. Ali təhsil müəssisələri təhsilin günün tələbləri səviyyəsində qurulmasını təmin etməlidirlər. Bizim məzunlar buna görə üzünü xarici ölkələrə tutur.

Sonra da deyirik ki, niyə şagirdlər təhsil almaq üçün Ukraynaya, Gürcüstana, Türkiyəyə gedirlər? Məsələn, bizim Türkiyədə təhsil alan tələbələrimiz deyirlər ki, Türkiyə universitetlərinə qəbul olmaq asandır, orada oxumaq isə çox çətindir. Düşünürəm ki, bizim qəbulda da bu şərait yaradılmalıdır. Daxil olmaq asan, oxuyub bitirmək çətin olmalıdır”.

Ekspert əlavə edib ki, DİM-in bu prosesin öhdəsindən gələcəyini gözləyir:

"İmtahan nəticələrinin yüksək səviyyədə cəmiyyətə elan ediləcəyinə ümid edirəm. Məsələnin  digər tərəfi var. Məzunları da nəzərə almaq, qəbul imtahanlarını sadələşdirmək, universitetdeki təhsilalma şəraitini isə mürəkkəbləşdirmək lazımdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol