• $
  • €
  • ₽
  • ₺
  • £

Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir

Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir
12.10.2018 19:40
Bakıda küçə itləri ilə bağlı tədbirlər görülsə də, hələ də şəhərdə sahibsiz heyvanlarla rastlaşırıq.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin yaxınlığında çox sayda küçə itləri müşahidə edilib.
 
Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov saytımıza açıqlamasında bildirib ki, hazırda şəhərin hər yerində küçə itlərinin sayı artıb:

"Heydər Əliyev Fondunun və BŞİH-nin birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. Laboratoriya qurulub, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələr alınıb.

Eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınacaq. Tikinti işlərinə görə, dörd aydan çoxdur ki, itlərlə bağlı heç bir əməliyyat aparmırıq. Buna görə də sahibsiz itlərin sayı artıb. Amma narahatlığa əsas yoxdur. Yaxın günlərdə bu işə yenidən qayıdacağıq”.

İdarəsinin rəisi bildirib ki, artıq sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı keyidici iynələrin bir hissəsi ölkəyə gətirilib:

"Onlar qısırlaşdırılacaq. Üç-beş ilə sahibsiz heyvanlar şəhərdə sayıla biləcək qədər azalacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol