• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin əməkdaşlarını döyən iki nəfər tutuldu

Nazirliyin əməkdaşlarını döyən iki nəfər tutuldu
12.10.2018 18:51
Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyiliyinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Oğuz rayon prokurorluğunda araşdırma aparılıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Qeyd olunub ki, araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 16 radələrində rayonun Calut kənd sakini Fəzail Həsənov idarə etdiyi avtomobillə qırıntı aparmaq üçün Oğuz meşəbəyiliyinin meşə dolayına gedib, həmin gün monitorinq aparıldığına görə meşə sahəsinə daxil olmasına icazə verməyən gözətçi Zahir Qılıncovun qanuni tələbinə tabe olmayaraq girişdə qoyulmuş şlaqbaumu avtomobillə vurub sındıraraq oradan uzaqlaşıb. 

Araşdırmalarla həmçinin, F.Həsənovun avtomobillə kəndin mərkəzinə doğru irəlilədikdə qanun pozuntuzusunu sənədləşdirmək üçün hadisə yerinə gələn meşəbəyiliyin digər əməkdaşlarının avtomobillərinin qarşısını kəsib onların ünvanına nalayiq söyüşlər söyməsinə, eləcə də qohumu Azər Əlmərdanovla birlikdə əməkdaşlardan biri Vüqar Şəfiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb.

F.Həsənov və A.Əlmərdanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol