• $
  • €
  • ₽
  • ₺
  • £

"Sosial şəbəkədə başqası ilə danışırdı" - Bakıda arvadını yandıraraq öldürən kişi

"Sosial şəbəkədə başqası ilə danışırdı" - Bakıda arvadını yandıraraq öldürən kişi
12.10.2018 22:12
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Anews.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs qeyd edib ki, keçmiş arvadı başqa şəxslə ona xəyanət edib:
"Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Lakin ondan bu hərəkəti niyə etdiyini öyrənmək istədim. Benzin alıb, onun işlədiyi yerə getdim. Məqsədim benzini onun üzərinə töküb sifətini yandırmaq idi ki, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım”.
İttihama görə, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop” mağazanın qarşısında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına bezin tökərək onu yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Trend

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol