• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı

Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
17.10.2018 18:21
AZXEBER.COM son dövrlərə qədər Nazirlər Kabinetinin tərkibində yer alan nazirlərin hazırda nə işlə məşğul olmaları ilə bağlı kiçik araşdırma aparıb.

AZXEBER.COM-a danışan sabiq nazirlər hazırda nə işlə məşğul olmaları, gələcək planları ilə bağlı fikirlərini bizimlə bölüşüblər.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev əməkdaşımızın "Hazırda nə işlə məşğul olursunuz” sualına "Siz mənim nömrəni haradan əldə etmisiniz” şəklində cavab verib.

Əməkdaşımızın "Siz ölkənin məşhur insanlarındansınız” arqumentindən sonra Heydər Babayev bu barədə danışmaq istəmədiyini deyib.

"Vaxtilə sizin müavininiz olmuş şəxslərdən bəziləri hazırda yüksək vəzifə tuturlar. Sizində hər hansı vəzifəyə keçmək şansınız varmı” sualına cavabında sabiq nazir bildirdi ki, bu məlumatlar əsassızdır: "Belə bir şey yoxdur”.
 
O istirahət etdiyini də vurğulayıb. 

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov də hazırda istirahət etdiyini bildirdi: "Hazırda istirahət edirəm. Hər şey qaydasındadır. Səhhətim də qaydasındadır”.

"Mətbuatda sizin haqqınızda müxtəlif informasiyalar dolaşır. Bu informasiyalar arasında həbs olunmaqla bağlı məqamlar da var” sualımıza cavabında Ziya Məmmədov söylədi ki, bu informasiyalar əsassızdır: "Kim nə gəldi yazır. Hamısı da yalandır, böhtandır. Bir halda ki, yalan yazırlar, özlərindən soruşun ki, niyə belə sözlər yayırlar”.

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev hazırda evində olduğunu, zamanının çoxunu istirahətə ayırdığını dedi: "Hər şey qaydasındadır. Heç bir problem yoxdur”.

"Yenidən vəzifəyə təyin olunmaq ehtimalı varmı” sualına cavabında Firudin Nəbiyev söylədi ki, onun üçün əsas vəzifə yox, dövlətçiliyə xidmətdir: "Mən hər zaman Cənab Prezident İlham Əliyevin əsgəri olmuşam. Bu gün də belədir. Vəzifədə olsam da, olmasam da. Əsas dövlətimizin inkişafıdır. Bizim üçün vəzifədə olub-olmamağın heç bir fərqi yoxdur”.

Özünü Xəzər Dəniz Gəmişiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun köməkçisi kimi təqdim edən Qərib adlı şəxs bildirdi ki, Aydın Bəşirov hazırda təqaüddədir: "Şükürlər olsun, sağ-salamatdır. Özünü də çox gümrah hisss edir. Hər şey qaydasındadır”.


Aydın Bəşirovun Fövqəladə Hallar Nazirliyində vəzifəyə təyin olunması ilə bağlı informasiyalardan xəbərsiz olduğunu deyən köməkçisinin sözlərinə görə, bununla bağlı dəqiq məlumatı onun özü ilə əlaqə saxladıqdan sonra bizə bildirəcək.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol