• $
  • €
  • ₽
  • ₺
  • £

"İrşad Elektonics"in rəhbərinin ölüm səbəbi ÜZƏ ÇIXDI - Ekspertiza HƏR ŞEYİ AÇDI

"İrşad Elektonics"in rəhbərinin ölüm səbəbi ÜZƏ ÇIXDI - Ekspertiza HƏR ŞEYİ AÇDI
18.10.2018 10:56
Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ölümü ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub.

Publika.az-a açıqlama verən mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev deyib ki, məhkəmə-tibbi ekspertizası qardaşının qəbul etdiyi ürək dərmanı səbəbindən vəfat etdiyini bildirib. Belə ki, həmin gün evdə tək olan iş adamı ürəyindəki narahatlıq səbəbindən bir neçə həb qəbul edib. Lakin bu həblər onun vəziyyətinin yaxşılaşmasına kömək etməyib və İ.Hacıyev tormboemboliya (ürək damarlarının tromblaşması) səbəbindən vəfat edib.

Əhəd Hacıyev əlavə edib ki, qardaşının hər hansı problemi, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mərhumun ailəsi ekspertiza rəyindən sonra cinayət işinə xitam veriləcəyini bildirib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol