• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda 1321 nəfər insan alveri qurbanı olub"

"Azərbaycanda 1321 nəfər insan alveri qurbanı olub"
18.10.2018 14:40
"Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Azərbaycanda 14 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilərək insan qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilən 20-dən artıq normativ hüquqi aktlara əsasən, onların reabilitasiyası və reinteqrasiyası təmin edilib".

Anews.az-ın xəbərinə görə, "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potesialların artırılması" mövzusunda keçirilən konfransda Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Heydər Heydərov deyib.

İdarə rəisi qeyd edib ki, Azərbaycanda bu sahədə maarifləndirmə işləri aparılır.

Onun sözlərinə, ölkədə insan alveri qurbanlarının kompensasiya almaq, istismar dövründə törətdiyi hüquqazidd əmələ cəzalandırılmamaq kimi hüquqları tanınıb: "İnsan alveri qurbanları könüllü qaydada ödənişsiz sosial reablitasiya və təhlükəsizlik təsbirləri ilə əhatə olunmaqla onlara tibbi, hüquqi, psixoloji, yaşayış yeri yardımları ödənişsiz göstərilir, normal həyat tərzinə qayıdışı təmin edilir. Azərbaycanda 14 il müddətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1321 insan alveri və məcburi əmək cinayəti qeydə alınaraq, 538 nəfər məsuliyyətə cəlb edilib. Müəyyən edilən 873 insan alveri qurbanının cəmiyyəti reinteqrasiya ilə təmin edilib. Əldə edilən nəticələr beynəlxalq tərəfdaşlar tərəfindən müsbət dəyərləndirilib. Bu sahədə Azərbaycan təcrübəsi bir sıra ölkələrin müvafiq qurumlarının diqqət mərkəzindədir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol