• $
  • €
  • ₽
  • ₺
  • £

Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan 150 minlik maşını Bakıya gətirdi - FOTO+VİDEO

Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan 150 minlik maşını Bakıya gətirdi - FOTO+VİDEO
18.10.2018 12:47
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirib.

A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı "Audi”nin "Q” seriyasından ən son model olan "Audi Q8” avtomobili ilə paytaxt küçələrində şütüyən F.Qaraşov yenidən gündəmə gəlib. 32 yaşlı sabiq məmur oğlu Bakıda yeni təqdim olunan lüks avtomobilə sahib olması ilə tarixə düşüb. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Audi Q8-in Bakıda təqdimatı baş tutub. Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Ötürmə – daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 6 saniyəyə çatır və maksimum sürət 232 km/saatdır. 4,99 metr uzunluğunda, 2 metr yüksəklikdə və 1,71 metr axın aralığına malik 3 metrə qədər olan avtomobil, Q7-dən daha qısa və aşağı bir dizayna malikdir, lakin həm də daha geniş dizayn və qabağ tamponda qəbul edilmiş qərarlar vasitənin daha böyük olduğunu göstərir. Yeni Audi Q8 avtomobilinin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır.

Xatırladaq ki, F.Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.

Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hədisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. . Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol