• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
19.10.2018 16:36
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-24, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol