• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankda kampaniyalar davam edir: 0% komissiyalı kredit, “+2% hədiyyəli” depozit

Unibankda kampaniyalar davam edir: 0% komissiyalı kredit, “+2% hədiyyəli” depozit
19.10.2018 17:21
Hansısa planınızı həyata keçirmək, biznesinizi böyütmək üçün kredit lazımdırsa, tərəddüd etmədən sizə yaxın Unibank filialına yaxınlaşa bilərsiniz. Hazırda bankda sərfəli kredit və depozit kampanyaları davam edir: 

Təqaüdçülər üçün komissiyasız kredit 
Unibanka müraciət edən təqaüdçülər nağd istehlak kreditlərini 0% komissiya ilə əldə edə biləcəklər. Sığorta xərcinin olmadığı, zaminsiz verilən bu kreditlərdən təqaüdü 100 manatdan yuxarı olan hər kəs faydalana bilər. Kreditin ödəniş vaxtını da təqaüdçülər özləri seçəcək.  

Biznes üçün 0% komissiyalı kredit və sərfəli faiz
Hər zaman biznesin etibarlı tərəfdaşı olan Unibank, ilin sonunadək biznes kreditlərini komissiyasız edib. Biznesini böyütmək istəyən sahibkarlar dekabrın sonunadək müraciət edib lazım olan məbləğdə manat biznes kreditlərini 0% komissiya ilə götürə bilərlər. İlin sonunadək müraciət edib kreditini 31 yanvaradək rəsmiləşdirənlər də komissiya ödəməyəcək. 

Noyabrın 16-dək davam edən "Sözümüz sözdür!” kampaniyası isə Unibankdan kredit götürmək istəyən hüquqi şəxslərə çox aşağı faizlə kredit əldə etmək imkanı verir. Kampaniya müddətində götürülən kredit tam ödənilidikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq. 

Əmanətçilər üçün yüksək faizli depozit
Pullarınızı daha yüksək faizlə və etibarlı banklardan birinə əmanət etmək istəyirsinizsə, Unibank doğru seçiminizdir. 31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2%  hədiyyə ediləcək. Aksiya çərçivəsində  "Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, "Yığım” və "Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib.  

Bundan başqa, indi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün də götürə bilirlər. Bankın manat valyutasında "Faizlər əvvəlcədən”  adlı yeni əmanət növündə müştəriyə əmanət üzrə hesablanmış faizləri əmanət hesabını açdığı gün götürmək imkanı verir. Əmanətin illik faiz dərəcəsi 9%-dir (7% + 2% hədiyyə).

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir: 
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial ("İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); "Gənclik” filialı; "Nərimanov” filialı; "Əcəmi”; "Neftçilər”; 10 saylı filialı ("Əhmədli”); 17 saylı  ("Sahil”); 19 saylı filial ("Bakıxanov”); "Mərdəkan”; "Xırdalan”; "Sumqayıt”. 

Region filiallarından: "Gəncə”; "Kəpəz”; "Şəmkir”; "Tovuz”; "Bərdə”; "Mingəçevir”; "Quba”; "Şəki”. 
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!














www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol