• $
  • €
  • ₽
  • ₺
  • £

“Çəkməyin, olmaz” - Kafelərdə zəhərlənənlərə niyə göz yumurlar?

“Çəkməyin, olmaz” - Kafelərdə zəhərlənənlərə niyə göz yumurlar?
20.10.2018 16:30

ARB TV xəbər verir ki, qadağan olunmasına dair qanunun qəbul olunmasına baxmayaraq qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir.

Kafe işçisi: "Çəkməyin, çəkiliş aparmaq olmaz. Müdriyyət burada yoxdur".

Bəzi kafelərdə siqaret çəkməyi qadağan edən tablo yoxdur. Heç bu işdə kafe sahibləri də maraqlı deyil. Vəziyyətin fərqli olduğu məkanlar da var. Obyekt sahibi siqaretin çəkilməsini qadağan edən nişanları göstərir və obyektində buna icazə vermədiyini deyir.

Görünən budur ki, bəzi məkanlar istisna olmaqla, əksər obyektlərdə qadağalara məhəl qoyulmur. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyir ki, belə problemlərlə qarşılaşmamaq üçün 2 məqama diqqət etmək lazımdır. Güclü icra mexanizmi, maarrifləndirmə və təbliğat.

Qənirə Paşayeva - Millət vəkili: "Üzərinə qanunla vəzifələr düşən qurumlardan bizim ciddi gözləntimiz var. Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarından istifadənin qarşısının alınması üçün ciddi addımlar atmalıdırlar".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla Mirzəyeva isə ötən illərlə müqayisədə tütündən istifadə hallarının azaldığını bildirsə də, icra və nəzarət mexanizminin zəifliyini təsdiqləyir:

"Bu prosesdə Səhiyyə Nazirliyi bu məsələdə maraqlı olan digər dövlət və özəl qurumlarla birgə fəaliyyət göstərməlidir. Həm maarifləndirmə, həm də manitorinq addımları birgə icra olunmalıdır.

Parlamentin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda nəzərdə tutulan dəyişikliyə görə isə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya və digər audiovizual əsərlərdə tütün məmulatlarının təbliği qadağan edilir. Millət vəkilləri qadağaların yalnız sözdə qalacağı fikrindədirlər.

Fəzail İbrahimli - Millət vəkili: "Onu çəkirəm içimə ləzzətlə. Burada təbliğat lazım deyil. Mənim çəkməyimin forması elə ən böyük təbliğatdır. Biz burada danışırıq, mən də tərəfdaram. Amma bu söz birləşməsi qanunun mahiyyətini tamam dəyişmir".

İnzibati Xətalar Məcəlləsinə əsasən, qadağan edilən yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat, hüquqi şəxslər min manat cərimələnəcək.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol