• $
  • €
  • ₽
  • ₺
  • £

"Oğru aləmi"nin əfsanəsi Zerkalo Klara: Atası Atatürkün dostu, özü Lotu Bəxtiyarın düşməni idi - VİDEO

"Oğru aləmi"nin əfsanəsi Zerkalo Klara: Atası Atatürkün dostu, özü Lotu Bəxtiyarın düşməni idi - VİDEO
21.10.2018 13:50
"Qara Volqa”nın üzvü olan məşhur qadın oğru 32 illik məhbus həyatı yaşamış Zerkalo Klaranın həyat yolu olduqca maraqlı hadisələrlə zəngindir.
Zerkalo Klara adı ilə tanınan əsil adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur. 1934 ildə məşhur inqilabçı Ağababa Yusifzadənin qızı olaraq dünyaya gəlib.

Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. Klaranın dediyinə görə anası ömrünün sonuna qədər adını doğru tələffüz edə bilməyərək ona "Qlara” deyirmiş. Səfirlikdə işləyən Ağababa Yusifzadə isə Mustafa Kamal Atatürklə şəkili olan 2-3 nəfər azərbaycanlıdan biridir. Klaranın atası 1937- ci ildə Mircəfər Bağırov tərəfindən güllələnib. Zerkalo Klara sovet rejiminə qarşı çıxaraq onlardan qisas alıb. 15 yaşında olanda ilk dəfə məhbus həyatını yaşayıb. Klara cinayətkardan çox cinayət aləminin "avtoritet”lərindən idi. Ömrünün 32 ilini həbsdə yaşayıb. O, illər əvvəl verdiyi müsahibədə bildirmişdi ki, onu Azərbaycandan kənardakı məhbus evlərinə göndərirlər. Səbəbini bilməsə də, bu, belə olub. O, Azərbaycanın hüdudlarından kənarda cəzasını çəkən zaman gözlərinin ışığını da itirib. Taşavuzda –Qırğızıstanda adamyeyənlərin koloniyasında yatan "avtoritet” onlardan çox şey öyrəndiyini demişdi.
Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan” və "Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "Qara Volqa”nın fəal üzvü olub. Bu "banda” 50-ci illərdə Bakının ən məşhur oğru dəstəsi olub. Başçıların qadın olması, banda ələ keçirildikdən sonra məlum olub. Klara həbsdən çıxndan sonra şəxsiyyət vəsiqəsində Yusifzadə Klara Ağababa qızı yerinə "oğlu” yazdırıb.
Zerkalo Klara kişi qeyrətli qadın "Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya deyib ki, "Qadından Oğru olmaz”.
Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları "Vorovixa” kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan” və "Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "banda”nın üzvü olub. Həmin məşhur "banda” Azərbaycan tarixində Cəmşid Əmirovun "Qara Volqa” əsəri ilə tanınıb.
Daha sonra onun haqqında deyilən fikilərdən biri də, barmaq izlərinin olmaması idi. Öz arxasında heç bir iz qoymayan cinayətkar anadan gəlmə barmaq izi olmayıb. Robin Qud misalı Zerkalo Klarada törətdiyi cinayətlərdən savayı, həm də kasıblara, yoxsullara kömək etməyi ilə də məşhur idi.
Klaranın iki oğlununda şəhid olduğu deyilsə də, bu haqda dəqiq məlumat yoxdur. Qadın oğru haqqında maraqlı faktlardan biri də, 70-80 -ci illərin şanson ifaçısı Aydınçik adi ilə tanınan Aydın Vəliyevin analığı olmasıdır. Aydınçikin ata bir ana ayrı qardaşı İskəndər müsahibələrin birində anası Klara ilə fəxr etdiyini bildirmişdi.
Əfsanəvi Zerkalo Klara 2011-ci ilin noyabr ayında vəfat edib.
Araşdırmaçı jurnalist Həmid Herişçinin Zerkalo Klara haqqında səsləndirdiyi maraqlı fikirləri təqdim edirik://Femida.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol