• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin ən gənc və qocaman deputatları (SİYAHI) - FOTOLAR

Milli Məclisin ən gənc və qocaman deputatları (SİYAHI) - FOTOLAR
22.10.2018 18:25
Milli Məclisin deputatlarının şəxsi həyatları, ailə tərkibləri, yaş göstəriciləri, hətta geyimləri, tərzləri, zövqləri, hobbiləri insanların, medianın daim maraq dairəsindədir.
Anews.az oxu.az-a istinadən MM-in ən gənc və ən yaşlı deputatlarını təqdim edir. 


Parlamentin ən yaşlı, ən təcrübəli və ən çox seçilən üzvü böyük sənətkarımız, SSRİ Xalq artisti, "İstiqlal” ordenli Zeynəb Xanlarovadır.



O, 1936-cı ilin dekabr ayında Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib. Sovetlər dönəmində iki dəfə, 1986 və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) üzvü seçilib. Həmçinin, 1995-ci ildən indiyədək MM-in beş çağırış üzvüdür. Hazırda MM-in Mədəniyyət komitəsində təmsil olunur, həmçinin, Azərbaycan-Hindistan parlamentlərarası Dostluq Qrupunun rəhbəridir. İki oğlu, bir neçə nəvəsi var.


Parlamentin yaşca ikinci qocaman deputatı Ağacan Abiyevdir ki, o, 1937-ci ildə Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub. 
 



Noyabr ayının 24-də 81 yaşı tamam olacaq. Uzun illər Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rəhbərlik edib. Üç çağırışdır ki, MM-in üzvüdür. Həmçinin, MM-in İntizam komissiyasının sədridir. Ailəlidir, övladları, nəvələri var.


Parlamentin üçüncü qocaman üzvü Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur.
 



Onun 80 yaşı var, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. 1995-ci ildən isə beş çağırışdır ki, Qəbələ rayonunu parlamentdə təmsil edir. Hazırda MM-in Hesablayıcı komissiyasının sədri, Regional məsələlər komitəsinin sədr müavinidir. Beş övladı, nəvə-nəticələri var.


Millət vəkilləri arasında 80 yaşı haqlamaq üzrə olan akademikimiz Yaqub Mahmudov yaşca dördüncü qocaman deputatdır.






O, 1939-cu ilin fevral ayının 10-da anadan olub və gələn il 80 yaşı tamam olacaq. 2000-ci ildən, yəni, dörd çağırışdır ki, MM-in üzvüdür, Şəkini təmsil edən millət vəkillərindəndir. Ailəlidir. Bir oğlu, iki qızı, beş nəvəsi var. Bir qızı - Gülnur Mahmud filologiya elmləri doktorudur.


Beşinci qocaman millət vəkili isə tanınmış ziyalı, akademik Ziyad Səmədzadədir






1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna qəsəbəsində anadan olan Ziyad müəllimin 78 yaşı var. Uzun illər, cavan yaşlarından böyük vəzifələrdə işləyib, AKP MK-nın şöbə müdiri, birinci vitse-spiker və birinci vitse-premyer olub.


Azərbaycan SSR Ali Sovetinin sonuncu çağırışının deputatı olub, 2005-ci ildən üç çağırışdır ki, Bakını MM-də təmsil edən millət vəkillərindəndir. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. İki qızı, bir oğlu, nəvələri və nəticəsi var. Xalq artisti Aygün Səmədzadənin atasıdır.


Yaşı həmçinin 70-80 yaşlar arasında olan millət vəkilləri arasında Arif Rəhimzadə, Mixail Zabelin, Hadi Rəcəbli, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Valeh Ələsgərov, Vahid Əhmədov, Fəzail Ağamalı da var.


Onlar da bir neçə çağırışdır ki, MM-in üzvləridir. Həmçinin, Eldar İbrahimov, Arif Rəhimzadə, Mixail Zabelin və Hadi Rəcəbli zamanında Azərbaycan SSR Ali Sovetinin deputatları olub.


MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur.






Cəmi 29 yaşında deputat olan İsmayılov 1986-cı ildə anadan olub. Hazırda parlamentin Gənclər və idman komitəsində təmsil olunur. Ailəlidir, iki övlad atasıdır.


MM-in ikinci ən gənc üzvü 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyevdir.






1983-cü təvəllüdlü olan Naqif Həmzəyev 32 yaşında millət vəkili seçilib. Ailəlidir.


Deputatlar arasında üçüncü ən gənc millət vəkili 1982-il təvllüdlü Ülviyyə Həmzəyevadır.





O, 2015-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən 5-ci çağırış MM-in üzvü seçilib. Həmin vaxt onun cəmi 33 yaşı olub. Babək rayonunun Şəkərabad kəndində anadan olan Ülviyyə Həmzəyeva MM-in Mədəniyyət komitəsinin üzvüdür.


MM-in digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.


Cavid Osmanov 90 saylı Ağdaş, Müslüm Məmmədov isə 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil edirlər.


Hər ikisi ailəlidir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol