• $
  • €
  • ₽
  • ₺
  • £

Bu kadrlar sizi şoka salacaq - sürücü görün nə etdi.... - VİDEO

Bu kadrlar sizi şoka salacaq - sürücü görün nə etdi.... - VİDEO
22.10.2018 22:32
Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib.
 

Uşaqların həyatını təhlükəyə atan sürücü , bu vəziyyətdə hərəkətin intensiv olduğu yolda bir neçə kilometr hərəkətdə olub. Məsələdən xəbərdar olan ,Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücünün aşkar edilərək cərimələnəcəyini bildirir.


Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır.


AZXEBER.COM xəbər verir ki,görüntüləri hadisəyə şahid olan sürücülərdən biri çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.


Sürücünün sözlərinə görə, o, həmin kadrları Gəncə şəhəri ərazisində çəkib.Kadrlardan aydın olur ki, ''25-BG-012'' dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib.


O, hətta uşaqlara hava gəlsin deyə yük qapısının arasına taxta parçası qoyub. Üstəlik o, avtomobillərin intensiv hərəkət etdiyi yolda gedir. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir.


Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir. Görüntüləri izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, sürücü burda sərnişindaşıma qaydasını pozub. O, həmin avtomobilin sürücüsünün yol polisi tərəfindən aşkar edilərək, barəsində 60 manat və 3 cərimə balı tərtib ediləcəyini bildirdi.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol