• $
  • €
  • ₽
  • ₺
  • £

Onların 14 yaşı var, amma birinci sinifdə oxuyurlar - VİDEO

Onların 14 yaşı var, amma birinci sinifdə oxuyurlar - VİDEO
23.10.2018 09:02
İndi təqdim edəcəyimiz süjetin qəhrəmanları birinci sinif şagirdləridir. Halbuki onların 14 yaşları var. Üstəlik, onların səhhətlərində də heç bir problem yoxdur. Sadəcə bu yaşda birinci sinifdə oxumalarının müxtəlif səbəbləri var. Buna əslində valideyn laqeydliyi və məsuliyyətsizliyi də deyə bilərik.

Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Aişə Əhmədova və Abdurrəhman Həsənovdan gedir. Aişə Əhmədova paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəbdə, Abdurrəhman Həsənov isə Nizami rayonu 242 nömrəli tam orta məktəbin 1-ci sinifində təhsil alır. Məktəbdə onlara ibtidai sinif müəllimələri fərdi qaydada dərs deyirlər.

Aişə Əhmədova deyir ki, ilk günlərdə dərslər ona çətin gəlsə də, artıq verilən tapşırıqları yerinə yetirə bilir.

Abdurrəhman Həsənovun da məktəbə gələndə ümumiyyətlə heç bir şeydən məlumatı olmayıb. 35 ildir ibtidai sinif müəlliməsi işləyən Şərqiyyə Dadaşova deyir ki, çalışdığı bu illər ərzində ilk dəfədir 14 yaşlı birinci sinif şagirdinə dərs deyir.

Hər iki şagirdin 14 yaşda birinci sinifə getməsinin özünəməxsus səbəbləri var. Aişə Əhmədovanın atası deyir ki, qızı 2004-cü ildə ev şəraitində dünyaya göz açdığı üçün ona ancaq məhkəmənin qərarı ilə doğum haqqında şəhadətnamə almaq mümkün olub.

Abdurrəhman Həsənovun valideynləri isə Gürcüstan vətəndaşı olduğundan Azərbaycan vətəndaşlığını yenicə alıb. Bundan sonra isə ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilib.

Ümumilikdə isə 2018-2019-cu tədris ili üçün 8 yaşdan yuxarı 108 nəfər I sinif üzrə fərdi təhsilə cəlb olunub. Onlardan 68 nəfəri 9, 24 nəfəri 10, 7 nəfəri 11, 4 nəfəri 12, 3 nəfəri isə 13 yaşında ilk dəfə məktəbə gedib. Əsasən ailə problemləri, xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulu gecikir. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol