• $
  • €
  • ₽
  • ₺
  • £

Gözəllik salonu adı altında gizlənən ət sexinin ürək bulandıran görüntüləri - VİDEO

Gözəllik salonu adı altında gizlənən ət sexinin ürək bulandıran görüntüləri - VİDEO
24.10.2018 11:07
Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı obyektin nə sanitar gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub.

Qararalmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları... 

Nizami Zeynalov – AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri: "Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.

Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürüldü.
Əkbər Əliyev – AQTA-nın Bakı şəhər idarəsinin rəisi: "Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göndəriləcək”.

Ən maraqlısı isə obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol