• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoritet “Maqa Ağcabədili”nin qətlinin TƏFƏRRÜATI - VİDEO

Avtoritet “Maqa Ağcabədili”nin qətlinin TƏFƏRRÜATI - VİDEO
24.10.2018 13:27
Moskvanın cənubunda əslən azərbaycanlı olan Cəfərov Məhəmməd Əlinin qətlə yetirilməsi barədə məlumat vermişdik.

Anews.az Femida.az-a istinadən xəbər verir ki, əslən Ağcabədi rayonundan olan Cəfərov Məhəmməd Əli bir neçə il bundan əvvəl Rusiya Federasıyasında həbs olunub. Həbsxanada olduğu müddətdə Balakən rayonundan olan şəxslə (istintaq getdiyi üçün adını açıqlamırıq) tanış olub. Təxminən 3 il əvvəl həbsxanadan çıxan Məhəmməd Əli Azərbaycana qayıdıb. Ailəsi, qohumları ilə görüşdükdən sonra yenidən Rusiya Federasiyasına qayıdıb.

Mənbənin saytımıza verdiyi məlumata görə, Cəfərov Məhəmməd Əli Moskvada kriminal aləmdə "Maqa Ağcabədili” kimi tanınıb. Moskvada bir sıra bazarlara nəzarəti məhz onun başçılıq etdiyi qrup həyata keçirirmiş.Moskvada həbsxanada yatdığı şəxslə yenidən münasibətləri yaranan "Maqa" bir müddət onunla bir evdə yaşayıb. Hadisə baş verən günü onlar içki məclisində olub. Aralarında yaranan mübahisə sonda həbsxana yoldaşlarından birinin ölümü, digərinin həbsi ilə yekunlaşıb.

Moskvada qətlə yetirilən azərbaycanlı kriminal avtoritetin meyiti dünən gecə Azərbaycana gətirilib. Hazırda Ağcabədi rayonunda "Maqa Ağcabədili" nin dəfni həyata keçirilir.

"Maqa" Ağcabədidə tanınmış bir nəslin nümayəndəsi olub. O, Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovun əmisi oğludur. T.Cəfərov döyüşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub.

Hadisə ilə bağlı saytımıza açıqlama verən Tofiq Cəfərov hazırda mərhumun dəfni ilə məşğul olduqlarını bildirib.

" Dünən gecə Məhəmməd Əlinin meyiti rayona gətirilib. Hadisəni törədən şəxs artıq tutulub. Rusiya polisi istintaq aparır", deyə T.Cəfərov bildirir.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol