• $
  • €
  • ₽
  • ₺
  • £

Boşanmaların daha bir səbəbi açıqlandı - VİDEO

Boşanmaların daha bir səbəbi açıqlandı - VİDEO
25.10.2018 12:09
Azərbacanda boşanmaların səbəblərindən danışılarkən ən çox sosial durum, məcburi evliliklər  irəli çəkilir.

A24.Az-a müsahibə verən tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, əslində boşanmaların başlıca səbəbi cütlüklərin intim həyatının uzlaşmaması, daha doğrusu, yataq münasibətlərindəki kişi istəksizliyidir:

"Boşanmaların sayı artır. Mənim baxdığım tərəfdən belə görünür ki, ayrılıqlara səbəb kişi istəksizliyi, bacarıqsızlığıdır. Bu istəksizliyin əsas səbəbi də oğlan uşaqlarının infantiv böyüdülməsi, yeniyetmə dövründə cinsi təcrübə qazanmaması ilə bağlıdır. Oğlan uşaqları yeniyetmə dövründə cinsi təcrübə qazanmalıdır. 27-28 yaşına qədər kişinin cinsi əlaqədə olmaması onun psixologiyasına çox ciddi təsir göstərir. Uşaq 15, 16, 17, 18 yaşında cinsi yaxınlığını başlatmalıdır. Bu zaman o, prosesdə yaşadığı istənilən problemi aradan qaldıra bilir. Çünki 15-16 yaşında onun testesteron səviyyəsi o həddədir ki, həmin şəxs heç bir problem dinləmir. Birinci dəfə alınmasa, gedib ikinci, üçüncü dəfə də özünü yoxlayır. Amma 24-25 yaşlı bir oğlanda cinci əlaqə alınmasa, yaxud pis alındığını düşünsə, artıq o, bir daha cəhd etmir, bundan qorxur. Ondan sonra qarşısnıza 2 il evli olub heç cinsi əlaqə yaşamayan ailələr çıxacaq. Mən ailələr tanıyıram ki, bir övladları var, lakin qadın artıq 4-5 ildir ki, kişi üzü görmür, halbuki yanaşı yatırlar. Artıq qızlar bu problemləri heç öz analarına da danışmıralar”.

Uroloqun fikrincə ailələrin cinsi həyatındakı uğursuzluqların əksəriyyəti kişi tərəfdən yaranır. "Azərbaycan qadınlarının cinsi temperamenti kifayət qədər yuxarıdır və bu bişi çox gözəl bacarırlar”.

Uroloq sonda onu da qeyd edib ki, intim həyatları mövcud olmayan cütlüklər evliliklərini davam etdirməkdənsə, zamanında boşansalar daha yaxşıdır. Çünki belə münasibətlərin sonu adətən bədbəxtliklə bitir. Eyni zamanda bədbəxt ananın normal uşaq böyütməsi də inandırıcı görünmür.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol