• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə körpələr anadangəlmə qüsurla doğulur? - Araşdırma

Niyə körpələr anadangəlmə qüsurla doğulur? - Araşdırma
25.10.2018 19:30
Qadının sağlamlığına çox təsir etməyən infeksiya uşaqlar üçün faciə ilə nəticələnir.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl və az çəkili doğulan uşaqlarda problemlərə rast gəlinir:

"Azərbaycanda, əsasən, vaxtından əvvəl doğulan uşaqlarda problemlər olur. Onların yetkinsizlik, azçəkili, çoxçəkili və ekstremal çəkili uşaqlarda problemlər daha çox olur. İkinci yerdə ən əsas problem bətndaxili infeksiyalardır. Digər yerlərdə isə qüsurlu uşaqların doğulmasıdır”.

Baş neonatoloq bildirib ki, uşaqların qüsurlu doğulmasının əsas səbəblərindən biri hamilə qadınların vaxtında, lazımi qədər həkimə getməməsidir:

"Qadının sağlamlığına mühüm təsir etməyən infeksiya uşaqlar üçün faciəli olur. Onlar həkimə vaxtında müraciət etsələr, bu cür problemlərin sayı azalar. Vaxtında tədbir görülsə, bu faizi kifayət qədər azalda bilirik.

Dünya təcrübəsinə nəzər salsaq, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı yaranan infeksiyadır. Hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər”.

Oxu: Azərbaycanda körpələrə "Topuq testi” tətbiq olunacaq
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə bildirib ki, bu il ərzində uşaqlarda anadangəlmə inkişaf qüsurları arasında ilk yerdə ürək, qan-damar sistemi problemləri olan körpələr durur:

"İkinci yerdə böyrəklər, sidikçıxarıcı orqanların anadangəlmə qüsurları və genetik problemlər var. Bu cür problemlərin qarşısını almaq üçün profilaktik tədbirlər görülür”.



Nəsib Quliyev qeyd edib ki, Azərbaycanda ürək qüsurları ilə bağlı ilkin aşkarlama tətbiq edilir:

"Xəstəlik varsa, ilk fürsətdə o aşkar edilir və müalicə edilir. Eyni zamanda, ailə planlaması məsələsində bunlar nəzərə alınmalıdır. Yəni hamilə qadınlar antenatal dövrdə yaranan problemləri doğuşa qədər müalicə edilməlidir.

Bəzən elə bir hal ola bilər ki, hamiləliyi pozmaq məcburiyyətində qala bilərlər. Çünki, o uşaq qüsurlu doğulub, yaşamayacaqsa, doqquz ay gözləməyin mənası olmur”.

Qeyd edək ki, 2018-ci ilin səkkiz ayı ərzində paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol