• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir qarışıq cinsiyyətli uşaq doğuldu – VİDEO+FOTO

Bakıda daha bir qarışıq cinsiyyətli uşaq doğuldu – VİDEO+FOTO
25.10.2018 18:18
8 ayına kimi oğlan hesab edilən uşağın orqanizmində qadın orqanları aşkarlanıb. 

Uşaq cərrahı Toğrul Ömərov 8 aylıq oğlan uşağını tamam başqa şikayətlərlə qəbul etsə də, əməliyyat öncəsi müayinədə hər kəsi şoka salan maraqlı patologiya aşkarlanıb.

Medicina.az xəbər verir ki, ailə uşağı sağ tərəfdə 2,  sol tərəfdə isə qasıqda batıq bir xaya olması və Kriptorxizm diaqnozu ilə cərraha gətirib.  Uşağın 3 xayası var: ikisi bir kisəsinin içindədir.  Bundan öncə valideynlərə məsləhət görüblər ki, əməliyyatla xayanın biri çıxarılsın. Elə əməliyyat üçün tanınmış uşaq cərrahının yanına gələn valideynlər gözləmədikləri faktla üz-üzə qalıblar. 
 
"Biz laporoskopik diaqnostika ilə xayalar olan kisəyə baxdıq. Orda çox maraqlı vəziyyət gördük: orda uşaqlıq, yumurtalıqlar, uşaqlıq yolu, borular yerləşirdi. Yanında toxum ciyəsi də var idi. Digər tək xayada da yumurtalığa, uşaqlığa oxşar orqanlar və toxum ciyəsi aşkarladıq” – deyə Toğrul Ömərov bildirib. 
"Çox qarışıq cinsiyyət idi. Əvvəldən heç bir diaqnoz qoyulmamışdı, ayrı yerdə USM də olunmuş, cavablarda bunlar xaya olaraq görülmüşdü. Xaricdən baxanda da fərqləndirmək olmur.  


Biz hələ ki, o kisəni kəsib, biopsiya materialı götürüb, histoloji analizə göndərdik. Analizdə məlum olacaq ki, orda oğlan uşağının xaya toxumu üstünlük təşkil edir, yoxsa yumurtalıq materialı? 


İkinci növbədə xromosom analizi verdik. Ordan da məlum olacaq ki, bu uşaq daha çox hansı cinsə məxsusdur. 


Analizlərin dəqiq cavabından sonra həkimlər konsilium edəcək, valideynlərlə birgə məsləhətləşib qərar verəcək.  Əgər qadın cinsiyyəti genetik sübut olunsa, o zaman kisədə olan qadın cinsiyyət orqanları əməliyyatla daxilə, öz yerinə salınacaq. Digər xaya götürüləcək, çünki orda toxum ciyəsi demək olar ki,  yoxdur.


Valideynlərin notarial razılığı ilə uşağın gələcək perspektivinə uyğun əməliyyat olacaq. Əgər gələcəkdə qadın kimi inkişaf edəcəksə, ana da olacaqsa o zaman o qız uşağı kimi böyüdüləcək”. 


Həkim bu patologiyanın səbəbini  antimüller hormonu çatışmazlığında görür. Bunu öncədən təyin etmək mümkün olmur.


8 aya kimi oğlan bilib böyütdüyü övladının qarışıq cinsiyyətdə olması valideyn üçün psixoloji zərbədir. Çox zaman valideynlər həkimləri dinləməyərək, mentalitet, el-oba sözünü düşünərək, uşağı elə oğlan kimi saxlamağa qərar verir. Əgər bu uşağın gələcəkdə kişi kimi cinsi fəaliyyəti olmayacaqsa, ata ola bilməyəcəksə, o zaman onun oğlan kimi saxlamağın nə mənası var?


Bu halda qanun 2 variant təklif edir: ya uşaq böyüyüb öz davranışı, hissiyatına uyğun seçim edir, ya da hələ körpə ikən valideynlər notarial sənədlə onun cinsiyyətini təyin etməyə həkimlərə icazə verir. 


Toğrul Ömərov təcrübəsində artıq 11-ci belə qarışıq cinsiyyətlə qarşılaşdığını da bildirib.


Uşağın müayinə videolarını təqdim edirik:
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol