• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi
26.10.2018 11:17
Göygöl rayonunda silahlı insident olub.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis əməkdaşına vurmağa başlayıblar. V.Hüseynovun yerə yıxıldığını görən şəxslərdən biri bıçaqla ona hücum edərək öldürməyə çalışıb. Bunu görən polis əməkdaşı üzərindəki xidməti silahdan 8 dəfə havaya atəş açıb. Ona bıçaqla zərbələr endirmək istəyən şəxsin fikrindən daşınmadığını görən polis daha sonra həmin şəxsin dağ və sol ayaqlarına 3 dəfə atəş açıb.

Atəş səsinə gələn şəxslərin köməkliyi ilə müxtəlif dərəcəli xəsarətlər almış Vüsal Hüseynov və güllə xəsarətləri almış şəxs xəstəxanaya aparılıb.

Məlum olub ki, oğurluqla məşğul olan və xidməti vəzifə başında olan polisə hücum edən şəxslər 1964-cü il təvəllüdlü Miriyev İnşallah Əşrəf oğlu və 1974-cü ildə anadan olmuş Hümbətov Şaiq Hümbət oğludur.

Ayağından güllə xəsarətləri alan İ.Miriyein vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol