• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir

“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir
28.05.2020 21:34
"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirməkdə davam edir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır.

"Nar”ın növbəti layihəsi eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstəkdir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların öz yaxınları və cəmiyyət ilə daha rahat ünsiyyət qurmalarını asanlaşdıran xüsusi tədris vəsaiti hazırlayır. "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait yaxın vaxtlarda təqdim ediləcək. 

Qeyd edək ki, "Nar” paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan fiziki məhdudiyyətli gəncləri daim diqqətdə saxlayır. Mobil operator ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərmək məqsədilə, müxtəlif bölgələrdə "Təlim məktəbi” layihəsini reallaşdırıb. Nəticədə, fiziki məhdudiyyəti olan gənclər müxtəlif peşələrə yiyələnib. 

"Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator bu cür sosial layihələri genişləndirməyi nəzərdə tutur:

"Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə effektli addımları ilə seçilir. Xüsusilə fiziki məhdudiyyəti olan şəxslərlə bağlı uzunmüddətli və ardıcıl layihələr gerçəkləşdirir. "Nar”ın növbəti sosial layihəsinin uğurlu və səmərəli olacağına inanırıq”.
Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliği "Nar”ın KSM strategiyasının ən vacib istiqamətləridir. Mobil operator gənclərin oxumağa həvəsini artırmaq, təhsilin önəmini aşılamaq, eyni zamanda, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. 2018-ci il ərzində mobil operator KSM strategiyası çərçivəsində 12 irimiqyaslı sosial layihələr həyata keçirib. 

"Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.    
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol