• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişilər niyə gec evlənir? - Səbəblər

Azərbaycanda kişilər niyə gec evlənir? - Səbəblər
28.05.2020 17:34
Statistik rəqəmlərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda son 27 ildə ilk dəfə 2017-ci ildə kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub.
2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.

2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.

Kişilər niyə gec ailə həyatı qurur?

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, kişi və qadınların gec evlənməsi bir neçə aspektlə bağlıdır:
"Gənclər təhsil və karyera yüksəlişinə vaxt ayırırlar və evlənməkdə gecikirlər. İkinci səbəb isə ailə münasibətlərində müstəqil qərar qəbul etməyi bacarsalar da, öz intellektinə uyğun tərəf müqabili tapa bilmir, qarşı cinsə etibar və inam olmur. Eyni zamanda, iqtisadi problemlər də evlənmə yaşını ləngidir”.
Mehriban Zeynalova bildirib ki, hazırda 30-40 yaşlarında ailə qurma halları müşahidə edilir:

"Bu da genofondumuz üçün təhlükədir. Bu cür nəticə sonsuzluğa gətirib-çıxarmaqla yanaşı, uşaqların doğum hallarının azalmasına səbəb olur. Fikrimcə, 25-30 yaş evlənmək üçün münasib vaxtdır. Bu yaşda onların məsuliyyəti artır, həyata baxışı dəyişir. Əvvəllər valideynlər daha çox övladının ailə qurmasına, qayğılarına təsir edirdilər.

İndi isə onlar iqtisadi yükü öz üzərinə götürmək istəmirlər. Valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanı olursa, gənc ailəni öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla gənclər razılaşmır və problemlər yaranır”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, cəmiyyətimiz o qədər mürəkkəbləşib ki, kişilərin gec evlənməsinə yalnız bir səbəb demək olmur:

"Buna müxtəlif səbəblər təsir edir. Maddi vəziyyət, mənəvi amillər ilk sıralardadır. Əvvəllər də Azərbaycanda maddi vəziyyəti aşağı olan ailələr olub. Amma evlilik məsələsinə bu amil təsir etməyib. Hazırda dünyada qloballaşma sürətlə gedir və ölkələrdə proses fərqli formada təzahür edir. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır”.

Sosioloqun sözlərinə görə, adətən, oğlanların 30, qızların isə 25 yaşa kimi ailə qurması məsləhət görülür:

"Bu, həm fizioloji, həm də psixoloji cəhətdən lazımdır. Hətta bu yaş da gecikmə sayılır və xoşagələn proses deyil. İndiki gənclər istəyir ki, evləndikdən sonra ayrı yaşasın. Təbii ki, ayrı ev almaq çətindir. Hazırda ailə qurmaq barədə təsəvvürlər 20 il əvvəlkindən fərqlidir.

Qızlar çalışır ki, karyera qursun, özü rahat pul qazansın. Bu da evlənənlərin sayını azaldır. Əvvəllər hər kəs bilirdi ki, ailə qurmaq onun borcudur. İndi sosial şəbəkələr, filmlər, virtual aləm insanlarda dəyərləri dəyişib. Artıq ailəyə zəruri, vacib institut kimi baxılmır”.

Televiziyalarda efirə gedən problemli ailə verilişlərindən danışan Əhməd Qəşəmoğlu qeyd edib ki, onların fəaliyyət proqramında dəyişiklik edilməlidir:
"Bir çox gənclər verilişə baxan zaman ailə qurmağa qorxur. Onlar televiziyanı açan kimi xəyanət, problemlər eşidirlər. Nümunəvi ailələr barədə danışmaq, ailə dəyərləri ilə bağlı çoxlu verilişlər hazırlamaq lazımdır.

Hesab edirəm ki, yaxın illərdə yaş həddinin artacağını müşahidə edəcəyik. Gec yaşda ailə qurmaq doğulan uşaqların sayının azalmasına səbəb olur. Ailədə doğulan uşaqların sayı iki-üç nəfəri keçmirsə, doğulma indeksi azalır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol