• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırdı

Bakcell özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırdı
26.10.2018 16:57
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "Ulduzum” proqramının partnyorları ilə əməkdaşlığa verdiyi yüksək dəyərin ifadəsi olaraq onları növbəti dəfə mükafatlandırdı.
 
Şirkət abunəçilərinə geniş çeşiddə xidmətlər, unikal fürsətlər və endirimlər təklif etməklə yanaşı, "Ulduzum” partnyorlarını da daim diqqət mərkəzində saxlayır.

2016-cı ildən etibarən müxtəlif xidmət və satış mərkəzlərində bu loyallıq proqramının "səfiri” rolunu oynayan partnyor şəbəkəsinin üzvləri üçün xüsusi stimullaşdırıcı proqram həyata keçirilir. Proqram iştirakçıları hər dəfə "Ulduzum”dan istifadə edərkən qazandıqları xalları xüsusi internet portalında hədiyyələrə dəyişə bilirlər. Beləliklə, 133 partnyorun müştərisi olan 900-dən artıq insan bu proqram vasitəsilə "Bakcell”dən dəyərli hədiyyələr qazanıb.
Bundan əlavə, stimullaşdırıcı proqrama qoşulanlar xüsusi kampaniyada iştirak edərək Dubaya səyahət, iPhone smartfonu və digər xüsusi hədiyyələr qazanmaq şansı əldə ediblər.

Nəticədə, FLO ayaqqabı dükanları şəbəkəsinin nümayəndəsi Tahir Uzunalov kampaniyanın əsas prizi olan Dubaya səyahət paketi əldə edib. Səyahət paketinə viza, təyyarə biletləri, otel xərcləri, səyahət sığortası və Birləşmiş Ərəb Əmirliklərində interaktiv turlar daxildir.

"Partnyor şəbəkəsinin nümayəndələri üçün təşkil olunmuş bu gözəl kampaniyaya görə Bakcell şirkətinə və "Ulduzum” proqramına dərin təşəkkürümü bildirirəm. Bu kampaniya göstərir ki, "Ulduzum” təkcə müştərilərin yox, proqramın bütün tərəfdaşlarının qayğısına qalır”, deyə Tahir Uzunalov bildirib.
"FLO mağazalar şəbəkəsi 2016-cı ildən etibarən "Ulduzum” istifadəçiləri üçün xüsusi endirimlərdən yararlanmaq imkanını təmin edir. FLO mağazalarının müştəriləri bizim "Ulduzum”la əməkdaşlığımızdan çox məmnundular. Bu əməkdaşlıq sayəsində biz müştəri loyallığının gözəçarpan dərəcədə artırılması və çoxlu yeni müştərilərin əldə edilməsinə nail olduq”, deyə FLO mağazalar şəbəkəsinin Brend Meneceri Əkbər Adıgözəlov bildirib.

Bu günə kimi Bakcell abunəçilərinin 3 milyona yaxını 250-dən artıq "Ulduzum” tərəfdaşının təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün bu proqrama qoşulub. Bu prorqam Bakcell abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.azssəhifəsində əldə oluna bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol