• $
  • €
  • ₽
  • ₺
  • £

Zamirə Hacıyevanı Putinin Londona qaçan düşməni ilə nə birləşdirir?

Zamirə Hacıyevanı Putinin Londona qaçan düşməni ilə nə birləşdirir?
31.10.2018 10:06
Yenidən məhkəmə qarşısına çıxarılacaq Cahangir Hacıyevin arvadı Londonda itlə gəzir; bir vaxtlar "Putinin bankiri” kimi tanınan Sergey Puqaçovun əmlakı da...

Britaniyanın "Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb. Xatırladaq ki, 2014-cü ildən Bakıdan çıxmış xanım Hacıyeva Britaniyada dəyəri 25 milyon funt-sterlinq olan əmlakları məhkəmə tərəfindən əlindən alındıqdan sonra  demək olar ki, dünya mediasının gündəmi olub.

London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan "Gulfstream” təyyarəsi daxildir.

Z.Hacıyevanın  kart hesablarında milyonları necə xərcləməsinə hətta aristokrat britaniyalılar da heyrət ediblər. Bu səbəbdən də illərdir heç bir medianın diqqətini cəlb etməyən Z.Hacıyeva indi "ulduz” olub.  Virtualaz.org xəbər verir ki, Z.Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanan zaman fotoları çəkilib.  


Belə görünür ki, reportyorlar Zamirə Hacıyevanı malikanəsinin qarşısında güdüblər. Və iti ilə gəzintiyə çıxarkən onun fotolarını çəkə, habelə itinin və geydiyi paltarın dəyərini hesablaya biliblər.

O, gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir. Z.Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində "Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı "Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində "Miu Miu” günəş eynəyində olub. Onun çantası isə xüsusilə bahalıdır, Hermes şirkətinin  "Constance” brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.


İtin aksesuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Məlumdur ki, Z.Hacıyevanın 15 il həbs cəzası almış həyat yoldaşı Cahangir Hacıyev yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır. Əsas diqqətlər isə həm də onun həbsdəki həyat yoldaşı üzərinə cəmlənməkdədir. Çünki yaxın günlərdə onun və daha 25 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayacaq. Xatırladaq ki, C.Hacıyev  iki il əvvəl, oktyabrın 14-də 15 il azadlıqdan məhrum edilib. Onun 63 milyon manat cərimə ödəməsi ilə bağlı da qərar verilib. Düz iki il sonra isə sabiq bankir yenidən ağır cinayətlərdə suçlanır.    

Z.Hacıyevanın müsadirə edilən əmlakının sonrakı taleyi müzakirə edilərkən, Britaniyada daha bir oliqarxın əmlaklarına həbs qoyulub. Bu, bir vaxtlar Rusiya prezidenti "Putinin bankiri” kimi tanınan Sergey Puqaçovdur.  Puqaçov 1999-cu ildə Putinin hakimiyyətə gətirilməsində mühüm rol oynayan şəxslərdən biridir. Putinin ətrafı ilə yaşadığı ciddi konflikt pik həddə 2008-ci ilin maliyyə böhranı zamanı qalxıb. 2011-ci ildə Rusiyadan qaçan oliqarx Putin və ətrafını onun biznes imperiyasını məhv etməkdə günahlandırıb.

Bunun ardınca Moskva Puqaçovu İnterpolun axtarışına verib. Sərvəti "Forbes” jurnalının varlılar siyahısında 2 milyard dollar civarında göstərilən Puqaçov Rusiyadan qaçandan sonra Londona yerləşmişdi.  O, Rusiyadan biznesinin zorla əlindən alınması üçün cəhdlər edildiyini bildirərək qaçmışdı. Cahangir Hacıyev kimi o da Rusiyanın məşhur "Mejprombank”ına rəhbərlik edirdi və hazırda Rusiya hüquq-mühafizə orqanları onun bank müştərilərinə 2 milyard rubl borcu olduğunu iddia edir. Bu işə Rusiya Azərbaycandan fərqli olaraq daha ciddi yanaşıb və bir neçə ildir ki, London məhkəməsində Puqaçovun oğru olduğunu sübut etmək üçün məhkəməyə baş vurub. Onun ilk əmlakı hələ ötən il müsadirə edilib. Herefordşir qraflığındakı 1,6 milyon funt-sterliqə olan əmlakı satılıb və Rusiya dövlətinə qaytarılıb. Rusiya TV-ləri bu günlərdə Londonda Puqaçovun müsadirə edilən yeni və daha dəbdəbəli mülkləri ilə bağlı geniş süjet hazırlamışdılar. O süjetdə də birmənalı bildirilir ki, hazırda Fransaya sığınan və bu ölkənin vətəndaşlığını almış Puqaçovun müsadirə edilən əmlakı Rusiyaya qaytarılacaq.

"Yeni Müsavat” 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol