• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Azərbaycan polisi ingilis dili öyrənir

DİN: Azərbaycan polisi ingilis dili öyrənir
29.10.2014 14:44
Azərbaycan Avropanın inkişaf etmiş ölkələri sırasına daxildir. Davamlı keçirilən beynəlxalq tədbirlər, konfranslar ölkəmizin inkişafına da müsbət təsir edir. Azərbaycan gələn il  ev sahibliyi edəcək “2105-ci il Avropa Olimpiya Oyunları”na da ciddi hazırlaşır. Təbii ki, belə beynəlxalq tədbirlər keçirilən zaman Azərbaycana dünyanın müxtəlif ölkələrindən nümayəndələr gəlir. Adətən, belə tədbirlər zamanı əcnəbilərlə ünsiyyət ingilis dili vasitəsi ilə qurulur. Bundan əlavə, belə tədbirlər zamanı asayişin qorunmasına, yollarda nəqliyyat vasitələrinin problemsiz hərəkətinə də xüsusi önəm verilir. Bu cür şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının, xüsusilə polislərin üzərinə daha çox iş düşür. Əcnəbilərlə ünsiyyət qurmaq üçün isə qeyd etdiyimiz kimi ən azı ingilis dilini bilmək vacibdir. Qeyd edək ki, bundan sonra Ermənistanda polislərə ingilis və fransız dilləri öyrədiləcək. Bəs, Azərbaycanda vəziyyət necədir, bizim polislər hansısa xarici dili örənirlərmi?“Azərbaycanda polis orqanlarında keçirilən islahatlara “Tərəqqi” islahatı da daxildir. Bu, inkişaf etmiş ölkələrin təsdiq etdiyi islahatdır. Burada ən vacib məsələ dil öyrənməkdir. Azərbaycan polislərinə ciddi şəkildə beynəlxalq dil tədris olunur”.Bunu Modern.az saytına polislərin xarici dilləri öyrənməsi məsələsinə aydınlıq gətirən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.Onun sözlərinə görə, Polis Akademiyasında  təhsil alan bütün tələbələrə 1-ci kursdan ingilis dili tədris olunur: “Onlara akademiyanın tərkibində pulsuz kurslar təşkil olunur. Xidməti sahədə çalışan polislər isə dil kurslarına cəlb olunular”. Azərbaycan polislərinin bu sahədə də bilik və bacarıqlarının inkişaf etdiyini vurğulayan Ehsan Zahidov əhali ilə daha sıx işləyən polislərə diqqətin xüsusilə artırıldığını bildirib: “İngilis dilində tam danışan polis əməkdaşlarının sayını dəqiq deyə bilmərəm. Amma onların böyük əksəriyyəti ingilis dili kurslarına gedirlər. Kursa gedənlər əsasən ictimaiyyətlə sıx təmasda olan hissədir. Onlar kursları  müvəffəqiyyətlə başa vururlar. Onlar buna həvəslidirlər”.Onun sözlərinə görə, əvvəlki illərdə də polislərin dil bilmə məsələsinə diqqətlə yanaşılıb: “Bunun nəticəsidir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində polislərin qonaqlarla ünsiyyət qurmasında, qonaqları yönləndirmələrində heç bir problem olmayıb”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol