• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə ailələrindəki mövcud vəziyyətlə bağlı debat keçirilib

Mingəçevirdə ailələrindəki mövcud vəziyyətlə bağlı debat keçirilib
02.11.2018 10:13
Azərbaycanda ailə institutunun çağdaş problemləri Mingəçevirdə  gündəmə gətirilib .
 
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda debat  keçirilib.

Layihənin rəhbəri,  "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva  qeyd edib ki, Azərbaycan xalqı üçün ailə hər zaman vacib bir institut rolunu oynayıb. Azərbaycanlılar ailəsiz özlərini təsəvvür etməyiblər və hər zaman nümunəvi ailəyə sahib olmağa çalışıblar. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Son illərin statistikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.

QHT sədri problemin aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirdiklərini vurğulayıb. Klassik ailə dedikdə nənə-babadan tutmuş nəvələrə qədər hər kəsin əl-ələ verərək, yardımlaşaraq, bir-birinə qarşılıqlı sevgi və hörmət bəsləyərək, sevinc  və kədəri bölüşərək  birgə yaşadıqları geniş ailə institutunu nəzərdə tutduqlarını deyib.  Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqlara qədər ətraflı bəhs edib. O, respublikanın önəmli şəhərlərindən olan Mingəçevirdə bu debatı  təşkil etməklə, yerli sakinlərin diqqətini müasir ailələrin problemlərinə yönəltmək istədiklərini bildirib.

Mingəçevir Turizm Kollecinin müəllimi Eldar Bərişovun fikrincə,  hazırda ailələrdə başlıca problem gənclərin ailə böyüklərinın məsləhət və tövsiyyələrinə məhəl qoymaması, onların təcrübələrindən bəhrələnmək istəməməsidir. Pedaqoq hesab edir ki, ilk növbədə müstəqil yaşamağa üstünlük verən gənc ailələrdə anlaşılmazlıqlar, xoşagəlməz sonluqla bitən münaqişələr çox olur. Klassik ailələrdə adətən gənclərin təcrübəsizliyindən irəli gələn bu cür problemləri ailə böyükləri öz təcrübələrdən çıxış edərək həll edərdilər. Bərişov sosial şəbəkələrin, mobil tətbiqlərin, teleserialların ailələrimiz üzərində ciddi neqativ təsirə malik olduğunu, gadjetlərdən səmərəli istifadənin təbliğinin vacibliyini dilə gətirib.

Debatda gənclər xüsusi fəallıq nümayiş etdiriblər. Qonaq gedərkən belə ilk olaraq evdə Wi-Fi-ın olub-olmadığının soruşulduğunu, xüsusilə gənclərin canlı ünsiyyətdən qaçdığını, özlərinə qapandığını, yaşlı nəslin tövsiyələrini  qəbul etmək istəmədiyini qeyd ediblər. Onlar başda yerli telekanallar olmaqla KİV-dən ancaq neqativ enerji aldıqlarını deyiblər. 

Tədbir iştirakçıları bu aktual mövzunu gündəmə gətirdiyi üçün "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinə təşəkkür ediblər. Belə maarifləndirici tədbirlərin ölkənin hər yerində keçirilməsinin, KİV-də geniş işıqlandırılmasının vacib olduğunu deyiblər.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol