• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürücü yol polisini ələ saldı - VİDEO

Azərbaycanda sürücü yol polisini ələ saldı - VİDEO
29.10.2014 11:54
Bu ilin aprel ayında çəkilən bu video Youtube sosial şəbəkəsində müzakirələrə səbəb olub.  Avtosfer.az-ın məlumatına görə, Bakı-Sumqayıt yolundakı Ekologiya postunda saxlanılan sürücü özünü polis baş leytenantı Həsənov kimi təqdim edən dövlət yol polisi (DYP) əməkdaşını əməlli-başlı ələ salır. Polisin qanuni tələbini yerinə yetirərək sənədləri təqdim etməyən sürücü saqqız çeynəyə-çeynəyə, saymazyana şəkildə hərəkətlər edib DYP əməkdaşının özündən sənəd edir. Sürücünün bu hərəkətləri və qeyri-müəyyən sualları qarşısında aciz qalan YPX əməkdaşı onu sərbəst buraxır. Hansı ki, DYP zabitinin dediyinə görə, həmin avtomobilin üzərində həbs var.Bu video onu göstərir ki, həmin DYP zabiti hazırlıqsızdır və vəzifə səhlənkarlığına yol verir. Səbəb isə sürücünün ondan qanunun tələbi ilə sənədləri tələb etməsidir. Qanunun tələbinə qalsaydı, həmin DYP əməkdaşı hazırlıqlı olmalı, vəzifə borcunu mükəmməl bilməli və icra etməli, sürücünün tələbi ilə öz sənədlərini ona təqdim etməkdən sonra avtomobili cərimə meydançasına aparmalı idi. Daha peşəkar və hazırlıqlı polis olsaydı, müqavimət göstərən həmin sürücünü maşın qarışıq həbs edə bilərdi. Amma təəssüf ki, özündən razı, sanki, qanunları əzbər bilirmiş kimi davranan bu sürücünün bir-iki sözündən və tələbindən sonra DYP zabiti geri çəkilməli oldu. Sürücünü kobud davrandığına görə tənbeh edərək yola saldı.Burada iki amil rol oynayır. Bəzən DYP əməkdaşı mental xüsusiyyətləri nəzərə alaraq maşında qadın, uşaq gördükdə «yola verir». Bəzən isə elə bu videodakı polis kimi, hazırlıqsız olurlar və özündən bir az hazırlıqlı sürücülərin qarşısında geri çəkilirlər. Hər halda, bu videoda DYP əməkdaşının acizliyi üzücü bir mənzərə idi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol