• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir
02.11.2018 17:33
Ölkənin ən gənc və innovativ mobil operatoru "Nar” korporativ müştərilərinin sayını ildən-ilə artırır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, mobil operatorun korporativ müştərilərinin sayı 150 % artıb. 

"Nar” korporativ müştəriləri üçün yeni təkliflər təqdim edir. İndi "Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər. Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 "Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir. 

İnternetdən daimi istifadə edən iş adamları "Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.

"Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, "WTTx”  cihazı ("Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz "Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər. "Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə ən uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər. 

Korporativ təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün "Nar” nömrələrindən 777 qısa nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna yaza bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

"Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol